AZ

Azad edilən Aqşinin anası: Dövlətimizə inanırdıq, inamımız boşa çıxmadı...

Ermənistanda həbs olunan Hüseyn Axundov və Aqşin Bəbirov azadlığa buraxılıb.

 

Modern.az azad edilən Aqşin Bəbirovun anası ilə əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Prezidentə minnətdar olduğunu bildirib:

 

"Bu müddət ərzində jurnalistlər bizimlə maraqlandılar, hər birinizə təşəkkür edirəm. Ölü canımıza həyat verdiniz. Cənab Prezidentdən xüsusilə minnətdaram. Biz ona inanırdıq. Dövlətimizə inanırdıq. İnamımız boşa çıxmadı".

 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

 

Aqşin Bəbirov və Hüseyn Axundov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib. Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə ömürlük həbs cəzası verilmişdi 

Seçilən
219
4
Mənbələr
Şərh ()
Bağla