AZ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı Bakıda keçiriləcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) Bakıda keçiriləcək.Bu barədə “Climate Home News” portalı iclasda iştirak edən öz mənbələrinə istinadla bildirib.Məlumata görə, qərar artıq verilib.Xatırladaq ki, Bolqarıstan tədbirə ev sahibliyi etmək üçün öz namizədliyini Azərbaycanın xeyrinə geri götürüb.Bolqarıstanın ətraf mühit və su naziri Yulian Popov “Politico”ya bildirib ki, ölkə ötən cümə günü Ermənistanın COP29 sammitinə ev sahibliyi etmək üçün namizədliyini geri götürüb Azərbaycanı dəstəkləməsindən bir gün sonra onlar da öz ərizələrini geri götürmək barədə quruma məktub göndəriblər.Qeyd edək ki, tədbir 24 noyabr 2024-cü il tarixində baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
500
43
korrespondent.az

10Mənbələr