RU

Tənqidlərlə üzləşdi, “Neftçi”ni sevənlərə səsləndi: “Bugünədək etdiklərimizdən...”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Neftçi” sonuncu oyunda qələbə qazanmaqla ilk “5-liy”ə yaxınlaşıb uçurumdan qurtulmağı bacardı.

Düzdür, “Zirə” üzərində əldə olunan 1:0-lıq zəfər heç də bütün daşları yerinə oturtmadı. “Ağ-qaralar” 2-ci pillədən 6, lider “Qarabağ”dan 10 xal geridədir.

Adrian Mutunun çalışdırdığı kollektiv qış fasiləsinə ilk “3-lük”də yollanmaq istəyirsə, qarşıdakı 3 oyunda qələbə qazanıb, rəqiblərinin büdrəməsinə bel bağlamalıdır.

Xüsusən “Turan Tovuz” və “Kəpəz”lə ev oyunlarında 3 xala sevinmək mütləqdir ki, bu mənada əsas yük həm də azarkeşlərin üzərinə düşəcək.

“Neftçi”nin argentinalı hücumçusu Lukas Melano azarkeşlərə müraciət edib:

“Fürsətdən istifadə edib, “Neftçi” azarkeşlərinə səslənmək istəyirəm. Çalışacağıq ki, bu günə qədər etdiklərimizdən daha artığını edək.

Yaxşı nəticələr qazanıb, “Neftçi”ni layiq olduğu yerə qaldırmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bizim azarkeşlərimiz hər şeyin ən yaxşısına layiqdirlər”.

“Ağ-qaralar” dekabrın 10-da “Turan Tovuz”u qəbul edəcək. “Neftçi Arena”da baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
139
1

1Источники

Комментарий ()
Закрывать