AZ

Təhlükəli şəkər əvəzediciləri xərçəng yaradır

Həkimlər pəhrizdə şəkərin məhdudlaşdırılması lazım olduğunu daim təkrarlayırlar. Sağlam bir pəhriz axtarışında olan insanlar tez-tez şəkəri daha az zərərli görünən analoqlarla əvəz etməyə çalışırlar. Ancaq reallıqda bu, düzgündürmü?

Rusiyalı həkim Aleksandr Myasnikov "Ən vacibi haqqında" proqramında dadlandırıcıların faydalarının mif olduğunu izah edib. Bəli, onların kalorisi daha azdır, lakin onlar da diabetin inkişafına təsir edən insulin müqavimətinə səbəb olurlar.

Üstəlik, Ümumdünya Səhiyyə Təşkilatı dadlandırıcıların istifadəsinə qarşıdır, çünki onlar xərçəngə səbəb olur.Hətta bitki mənşəli olanları-steviya və s.də məsləhət deyil.

Təəssüflər olsun ki, həyatın müasir tempi ilə evdə yemək bişirməyə vaxt qalmadıqda insanlar yarımfabrikat və hazır yeməklərə üz tuturlar. Onların da tərkibində dadlandırıcılar var.

"Əgər saqqız çeynəsəniz, onların içində şirinləşdiricilər var. Şirniyyat yeyirsən, içində şirinləşdiricilər var. Piroqlar, tortlar... Onlar hər yerdə var. Ona görə də bu ciddi bir məsələdir", -deyə həkim xəbərdarlıq edib.

“Günümüzdə qida sənayesi sürətli karbohidratlardan və trans yağlardan geniş istifadə edir. Bu, insulin müqavimətinə və diabetə birbaşa yoldur”,-doktor fikrini tamamlayıb.

Nubar Süleymanova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
ikisahil.az

1Mənbələr