AZ

"Sizin kəşfiyyatınız yoxdur, bizi bombalayırdınız" - Baş Naziri danlayan ƏSİR

İsrailin baş naziri Binyamin Netanyahunun HƏMAS-ın azad etdiyi girovlarla görüşündəəsirlər tərəfindən danladığı bildirilən səs yazısı yayılıb. Manset.az ABŞ-ın CNN İnternational xəbər telekanalına istinadən xəbər verir ki, telekanala İsrailin baş naziri Benyamin Netanyahunun səs yazısı daxil olub.Yazıda uşaqları ilə birlikdə sərbəst buraxılan, lakin ərinin hələ də HƏMAS-ın əlində olduğunu deyən qadının sözləri yer alıb.Adı açıqlanmayan qadın Netanyahunu əsirlərin qarşısında siyasəti qoymaqda ittiham edib. Səs yazısında, “Siz əsirlərin qaytarılmasından əvvəl siyasəti önə çəkirsiniz. Sizcə kişilər güclüdür? Ərim hər gün özünü döyürdü. O, öz üzünə qanaxana qədər yumruqlayırdı. Çünki o, daha dözə bilmədi və indi orada təkdir” deyilib.Həmas tərəfindən azad edilən qadın həmçinin İsrail hökumətini əsirlərin yerlərini nəzərə almadan bombalamaqda ittiham edib. “Sənin heç bir kəşfiyyatın yox idi” dedi. HƏMAS bir həftə davam edən atəşkəs zamanı 105 israilli girovu azad edib. HƏMAS-ın hələ də 138 girov saxladığı düşünülür.Yayılan yazıda  əsirlər  etiraz edərək,  “Sizin arxada kimin qaldığı barədə məlumatınız yoxdur, heç biriniz yoxdur. Deyirsən ki, ağlın var, amma heç nə bilmirsən. Sənin ağlın yoxdur. Gör bizi necə bombaladın. "Heç kim bizim harada olduğumuzu bilmirdi"  bildiribllər.Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
manset.az

1Mənbələr