AZ

ABŞ konqresmenləri Rusiyanın enerji sektoruna qarşı sanksiyaları sərtləşdirməyi təklif edib

Bir qrup ABŞ konqresmeni Vaşinqton administrasiyasına Rusiya neftinə tətbiq edilən qiymət məhdudiyyətlərinin səmərəsizliyinə görə onlardan imtina etməyi və Rusiyanın enerji sektoruna qarşı sanksiyaları sərtləşdirməyi təklif edib.
Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin saytında qanunvericilərin Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivana məktubu dərc edilib.
Qanunvericilər administrasiyanı “neft qiymətlərini məhdudlaşdırmaq üçün uğursuz sxemindən əl çəkməyə və Rusiyaya qarşı hərtərəfli enerji sanksiyaları tətbiq etməyə” çağırıblar.
Onlar hesab edirlər ki, Qərb ölkələrinin Moskvanın neft satışından əldə etdiyi gəlirləri məhdudlaşdırmaq cəhdlərindən sonra Rusiya Federasiyası 250 milyard dollardan çox enerji ehtiyatı ixrac edib. Konqresmenlər anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi cəhdlərinin “yalnız Rusiyanın gəlirlərinin artmasına səbəb ola biləcəyi” xəbərdarlığını “məğlubiyyət bəyanatları” adlandırırlar.
Onların fikrincə, ABŞ Avropadakı müttəfiqləri ilə birlikdə əlavə məhdudiyyətlər tətbiq etməlidir.
Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
243
2
xalqcebhesi.az

10Mənbələr