AZ

Akademik İsa Həbibbəyli: Heydər Əliyevin çoxşaxəli fəaliyyəti AMEA-da sistemli şəkildə öyrənilir

Akademik

Bakı, 7 dekabr, AZƏRTAC

“Heydər Əliyev İli” çərçivəsində AMEA-da silsilə tədbirlər keçirilib, müxtəlif nəşrlər işıq üzü görüb, o cümlədən Ulu Öndərin zəngin həyat və fəaliyyəti ilə bağlı fundamental tədqiqatlar aparılıb. Dahi şəxsiyyət Heydər Əliyevin çoxşaxəli fəaliyyəti AMEA-da sistemli şəkildə öyrənilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri dekabrın 7-də AMEA-da keçirilən “Ulu Öndər Heydər Əliyevin dövlətçilik təlimində azərbaycançılıq ideyası” mövzusunda tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli söyləyib.

Akademiyada Ulu Öndərin yubileyi ilə əlaqədar həyata keçirilən işlər barədə məlumat verən İsa Həbibbəyli Azərbaycan elmi ictimaiyyətinin bu tədbirlərdə yüksək səviyyədə iştirak etdiyini diqqətə çatdırıb.

AMEA rəhbəri dahi lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən ətraflı bəhs edib. Ulu Öndərin dövlətçilik siyasətindən söz açan İ.Həbibbəyli bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyii vurğulayıb.

Tədbirdə akademik Möhsün Nağısoylu “Müstəqil dövlətçilik təlimində Azərbaycan dili məsələləri: Heydər Əliyevdən İlham Əliyevə”, AMEA-nın müxbir üzvü Tehran Mustafayev “Heydər Əliyevin ədəbiyyat təlimi və müasir dövr” mövzusunda məruzələrlə çıxış ediblər.

Həmçinin tədbirdə “Azərbaycan incəsənətində Heydər Əliyevin bədii obrazı”, “Heydər Əliyevin siyasi irsində azərbaycançılıq ideyası və müasir ideoloji proseslər”, “Heydər Əliyev və Azərbaycan Respublikasında milli təhsilin inkişafı” mövzularında məruzələr dinləniləcək.

Qeyd edək ki, AMEA-da Humanitar və İctimai Elmlər bölmələrinin təşkilatçılığı ilə Ümummilli Liderin 100 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin dövlətçilik təlimində azərbaycançılıq ideyası və müasir dövr” mövzusunda tədbir keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
369
50
azertag.az

10Mənbələr