• Şikayət et

Ronalduya bir jest etdi, bütün həyatı dəyişdi - Albert Fantrau kimdir?

Jurnalist Elbəyi Həsənli futbolçu Kriştianu Ronaldu barədə maraqlı paylaşım edib.

Fanat.Az jurnalistin portuqaliyalı ulduzla bağlı böyük marağa səbəb olan paylaşımını təqdim edir:

"Kriştianu Ronaldu mənim "Facebook” dostumdur. Onun növbəti statusun təqdim edirəm. Yazır ki, "biz U-18 komandasında oynayırdıq. Dedilər ki, kim bu oyunda daha çox qol vursa o, futbol akademiyasına gedəcək. Biz həmin oyunu 3:0 hesabı ilə udduq. Birinci qolu mən vurdum. İkinci qolu isə dostum Albert Fantrau başla vurulan əla zərbə ilə qapıdan keçirdi. Az sonra o qapıçı ilə yenidən təkbətək çıxdı. Qapıçını da aldadıb irəli keçdi. Mən də onun arxasınca qaçırdım. O, asanlıqla topu boş qapıdan keçirə bilərdi. Ancaq Albert Fantrau topu mənə atdı. Və mən topu boş qapıya vurdum.

Oyundan sonra ona yaxınlaşdım və soruşdum ki, "sən niyə belə etdin? Axı qolu vurmaq sənin haqqın idi. O qolu vurandan sonra futbol akademiyasına da sən gedəcəkdin". Dostum dedi ki, "elədir, ancaq sən məndən yaxşı oyunçusan. Futbol akademiyasına getmək sənin haqqındır".

Bu faktla bağlı jurnalistlər araşdırma aparıblar. Məlum olub ki, Albert Fantrau neçə illərdir ki, işsiz-gücsüz qalıb. Ancaq o, kifayət qədər zəngin həyat sürür. Ondan qazancının mənbəyini soruşublar. Deyib ki, "heç bir qazanc mənbəyim yoxdur. Ronaldu mənə həmişə maddi dəstək verir..."

Mənbə:
0
1793
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar