Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilər üçün 3 ay müddətində təlimlərin keçirilməsini nəzərdə tutan “Təlimlərin elan edilməsi” layihəsinin icra edəcək.
Turkustan.info “armenpres.am” a istinadən xəbər verir ki,təlimlərin 2021-ci il 15 sentyabr – 15 dekabr tarixləri arasında keçirilməsi nəzərdə tutulur.
Təlimlər Ermənistan ordusu üçün ehtiyata yazılmış vətəndaşların bacarıqlarının artırılması, profesional ehtiyat zabitlərin yetişdirilməsi məqsədi daşıyır. Təlimlərdə 189 nəfərə yaxın erməninin iştirakı planlaşdırılır. /Cebhe.info/