RU

Azərbaycanın quru sərhədləri açılır – AÇIQLAMA

“Bu gün quru sərhədlərin açılması ən aktual problemlərdən biridir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri manset.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib. Millət vəkili əlavə edib ki, bu ərəfədə quru sərhədlərinin açılması gözlənilmir:

“Buna səbəb odur ki, hökümət var olan bəzi arqumentasiyalar nəticəsində Covid-19 və karantin rejimi ilə bağlı müəyyən təhlükələrin olduğunu vurğulayır. Sözsüz ki, hər bir halda bu məsələdə bir çox güzəştlər olunmalıdır. Elə insanlar var ki, quru sərhədlərin açılması onlar üçün həyati əhəmiyyət daşıyır. Burada biz Gürcüstanda yaşayan soydaşlarımızı fərqləndirə bilərik.

Əgər vətəndaş və soydaşlıq məsələsində fərqlilik olarsa, onların vəziyyəti müəyyən dərəcədə yüngülləşəcəkdir. Çünki hal-hazırki şərtlərdə bu qədər məhdudiyyətin olması insanları xeyli sıxıntı ilə üzləşdirməkdədir. Biz isə bunun əksinin olması üçün çalışmalıyıq. Hazırda bu məsələ ətrafında bir çox müzakirələr aparılır. Ümid edirəm ki, xəstələrin, tələbələrin, xüsusilə də soydaşlarımızın vəziyyəti nəzərə alınacaqdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
9
nocomment.az

10Источники