RU

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Mayın 22-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb.

Bu barədə Korrespondent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər dağlıq ərazilərdə, gündüz isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1397
49
korrespondent.az

10Источники