RU

Nazir: Sentyabrın 23-dən Qarabağ Universitetində tədris başlanacaq

Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetində tədris sentyabrın 23-dən etibarən başlayacaq.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, Qarabağ Universitetinə qəbul olan tələbələrin yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq. Nazir qeyd edib ki, universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq xarakterində olacaq. Əlavə təqaüdlərlə bağlı tələbələrin qeydiyyatının başa çatmasını gözləyirik.

Emin Əmrullayev Qarabağ Universitetinə qəbul olan tələbələrin 99 faizinin qeydiyyatının başa çatdığını söyləyib: “Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlər veriləcək. Eyni zamanda, bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər”.

Избранный
3
49
yeniazerbaycan.com

10Источники