Gəncədə ikiaylıq körpə xəstəxanada ölüb.
Bu barədə Medicalmedia.az-a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 16.07.2024-cü il tarixdə saat 11:10-da 21.05.2024-cü il təvəllüdlü körpə (qadın cinsli) yerləşdirilib.
"Həkimlərin səyinə baxmayaraq, həmin gün saat 19:14-də körpənin dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı diaqnozu ilə ölümü qeydə alınıb", - məlumatda vurğulanıb.