EN

"Onun sərtliyi bizi dimdik saxladı" - Sevgisini ailəsinə qurban verən qadın

Kulis.az Gülyaz Əliyevanın "Məhəbbət əfsanəsi" yazısını təqdim edir.

Deyirlər,indi əsl sevgi, məhəbbət yoxdur...mən isə "var", deyirəm və sizə özümün də şahidi olduğum bir sevgi, məhəbbət, bir fədakarlıq dastanıdanışacam... Əsl sevgi, məncə, fədakarlıq deməkdir...

Bu nə əfsanədi, nə də rəvayət. Bu mənim də iştirakçısı olduğum bir reallıq, bir həyat hekayəsidir.... Əsl sevgi... Əsl məhəbbət odur ki, sənin üçün ən qiymətli olanı sevdiklərin yolunda qurban verməyi bacarasan! Məncə, canını qurban vermək, gənc və gözəl bir qız üçün öz gəncliyini, gözəlliyini, ailə səadətini qurban verməkdən daha asandır. Necə ki, Məhin öz bacısı Şirinə görə gözəlliyini qurban verdi, sonradan Fərhada vurulanda əzab çəkdi...Amma fərq bundadır ki,Məhindən fərqli olaraq mənim qəhrəmanımbacı-qardaşlarının yolunda gəncliyini, ailə səadətini qurban verdi, əvəzində anası ilə birlikdə çiynini ailə dirəyinin boş qalmış hissəsinə (atanın olmalı hissəsinə ) verib anasınıtək qoymadı, beş bacısının, bir qardaşının oxumasında, həyatda öz mövqelərini tutması yolunda öz səadətini qurban verdisə də, amma heç vaxt, heç birzaman bundan peşman olub əzab çəkmədi, heç vaxt nikbinliyindən qalmadı. Mən bir an da olsun ondapeşmanlıq və təəssüfdən əsər-əlamət görmədim!

Atam qəfil vəfat edəndə dediyim kimi, ailədə yeganə işləyən, institutu yenicə bitirmiş bacım idi, qardaşımın biri isə çox kiçik idi, beş qızdan sonra olmuşdu və ailədə çox ərköyün, hamının əzizi idi. Atam anamı evdən çölə çıxmağa qoymasa da,(əksər ailələrdə olduğu kimi) amma bacıma evin böyüyü olduğundanbir oğul kimi yanaşır, hər yana onunla gedir, bildiklərini ona öyrədir, bir sözlə, onu azad və sərbəst böyüdürdü, sanki özünün bu dünyadan tez köçəcəyini və ailənin bütün ağırlığının onun üzərinə düşəcəyini bilirmiş kimi... Atam, anam savadlı olsa da, onu çoxgözəl olduğu üçün nə evdən çölə buraxmış,nə də işləməyəqoymuşdu, indi birdən-birə böyük bir ailənin bütün yükü onun üzərinə düşmüşdü.Mənim gözəl, həlim anam atam öləndən sonraqəfiltəkcə ana deyil, həm də son dərəcə qətiyyətli və zəhmli bir ata oldu.Atam öləndən sonra anamın sifəti belə zəhmli birgörkəm aldı, biz onun bir sözünü çevirə, iki edə bilməzdik, halbuki bunu atamıza edə bilirdik...

Belə bir anda ailənin yeganə işləyəni bacım yükün hamısının anamın üzərinə düşməsinə seyrçi qala bilməzdi. Baxmayaraq ki, ikiaklad dərs deyirdi, bununla belə ailədə çox işi də: sənədləri düzəltmək, balaca qardaşlmla dükana-bazara getmək və s. işlər də bacıma baxırdı. Bacım biz məktəbi bitirdikcə sənədlərin institutahazırlanmasını, uşaqlarıninstituta aparması işini, o işləri ki atam bacım üçün görmüşdü, onları öz üzərinə götürdü. Biz də öz növbəmizdə hər şeyi anlayır, dərk edir, evdəki maddi duruma görə hərəkət edir, öz şıxsi arzu və istəklərimizi biruzə vermirdik. Evdə səssiz -səmirsiz hərə öz üzərinə düşın işi görür, dərslərimizi yaxşı oxuyur, ev işlərinə də bacardıqca əl atırdıq. Amma nə etsək də, anamheç vaxt bizdən razı qaldığını biruzə verməyib, bizi tərifləməyib, el-aləm bizim tərbiyəmizə, çalışqanlığımıza, zəhmətsevərliyimizə bir-birimizə hədsiz bağlılığımıza həsəd aparsa da, anamdan heç vaxt tərifli söz eşitməmişik, öz səhvi olanda da onu bizə bildirməyib. Heç yadımdan çıxmaz....

Atamın vəfatından40 günkeçmişdi. Sentyabr gəlirdi. İki tələbəni, dördşagirdi bacımın müəllim maaşı iləyola salmaq lazım idi.Evdə pul yoxidi. Biz təzə paltar, çanta istəməsək də yalandan: "təzə paltarlardan zəhləmiz gedir",- deyibən köhnə paltarlarımızı təmizləyib, ütüləyib stulun başına sərsək, köhnə çantalarımızı silib stulun yanına hazır vəziyyətdə qoysaq da, anama çox ağır gəlirdi ki, uşaqları köhnə paltarla məktəbə yola salsın. Anam heç vaxt belə işlərlə- nə isə almaq, pul dərdi çəkmək kimi işlərlə məşğul olmamışdı.İndi isə çıxılmaz vəziyyətdə idi. Məktəbin açılmasına isə cəmi3-4 gün qalmışdı.... Oturmuşduq. Bir də gördük bacım kitab, dəftər, çantalar, ayaqqabılar, məktəb paltarları, bir sözlə, bütün məktəb ləvazimatlarını alıb gətirib.

Biz təəccüblə onabaxdıq. Bacım hər kəsin paltarını bir-birverdi, hər kəsgeyinib baxmağa başladı, paltarlar hamıya qəşəng yaraşırdı. Anam bizə baxıb sevinirdi, qəfildən anamın sifətindəki təbəssüm sanki buz bağladı, elə o andaca dondu. Anam qəfil bacıma tərəf dönüb soruşdu :
- Pulu hardan almısan?
Bacım, adətən, çox zarafatcıl qızdır, zarafata salıb :
- Yoldan tapmışam , - dedi
Anam özünəyad olan əsəbi və ötkəm bir səslə:
- Pulu hardan almısan?_deyə yenidənsoruşdu.

Bacım: "Ordan veriblər", - deyə dodağının altında yenə mızıldandı.Anam durub qəfildən bacıma necə bir şillə vurdusa, səsi hələ də qulağımda cingildəyir.

-Səndən söz soruşuram ... Bacımın gözlərindən yaş süzələnsə də, yenə təmkinini pozmadan: "Ordan veriblər ",-dedi.

Mən bu "ordan veriblər "dən nə isə başa düşdüm, amma anam heç cür anlamırdı və bacımdan yenə də soruşurdu. Axırı bacım, pulun atamın vəfatından sonra bizə veriləsi pul olduğunu, bunu anama pis olmasın deyə bildirmək istəmədiyini , nəhayət ki, güclə eşidiləcək səslədedi...Anam, hərəkətindən pis oldusa da, bunu əsla biruzə vermədəndedi : "Bu evdə indiyədək haram pul yeyilməyib, "ordan-burdan" pul gəlməyin.Bundan sonra da yeyilməyəcək, hardan gəldiyini bimədiyim pul bizə lazım deyil, olacaq, yeyəcəyik, olmayacaq, biz ürəyimizi, əməlimizi düz saxlasaq, Allah yetirəcək! Bunu unutmayın və qulağınızda sırğa edin!"

Həqiqətən də, anamın ürəyində elə böyük inam vardı ki, evdə 5 manat pulla bizi instituta aparıb."Pul yoxdur, bunları necə oxudacam?! " - deyə əsla narahat olmayıb, varına-dövlətinə güvənib qapımıza şəstlə gələn elçiləri qapıdan boş qaytarıb. "Mən qızlarımı oxudacam", - deyib. Qohum-əqrəba:

- Ay qız, filankəs var-dövlətlidir, qızın birini ver, sənə də kömək durar", - sözlərinə əhəmiyyət vermədən bizləri bir -bir oxudub.Qızlar isə əlaçılıq təqaüdləri ilə analarına yük olmamağa, özlərini təmin etməyə çalışıblar vəAllah da pulu bizə elə yetirib, öz ağlımızla, başımızla ...

Bacımvə biznə qədər çalışsaq da,əlaçı oxusaq da, hamı bizi tərifləsə də, bütün işlərdə anama kömək etsək də, anam pis olmasın deyə yalandan özümüzü şən və zarafatcıl, zahirən atamızı tamamən unutmuş kimi göstərmək istəsək də, anamin üstünə ancaq xoş sözlərimiz gəlsə də, o bizi heç vaxt tərifləmədi, bizə heç vaxt nə isə cüzü də olsa səhv etmıyə imkan vermədi.Onun sərtliyi bizi daim ayaqda, dimdik saxladı.Anamızın gözündən düşməyək deyə onun istədiyinin iki qatı olduq...

Gələk bacıma ...Bacım institutu təzəcə qurtarmışdı, onu bəyənənlər, onda gözü olanlar vardı, təbii ki evimizə elçilər gəlirdi, amma o elçiləri elə qapıdanca qaytarırdı.Heç evə keçməyə də qoymurdu: "Ailənin bütün yükü mənim üzərimdədir, mən getsəm, ailə batar, anam tək bacarmaz," -deyirdi ...və beləcə o,beş qızı anamla birlikdəoxutdu, institutu fərqlənmə diplomu ilə bitirdi bu qızlar... İndi buqızlarmüəyyən mövqe tutmuş, müəyyən nailiyyətlər əldə etmiş, ən əsası həyatda heç vaxt büdrəməyərək, dimdik durmuş, hər bir çətinliyin gözünün içinə dik baxmışlar, tutduqlarıyolun düzlüyünə əminlikləriolub. Bunu onlara öz fədakarlığı ilə anaları ilə yanaşı, böyük bacıları öyrədib...

O, bacılarınaşəxsi nümunəsi ilə fədakarlıq necə olar, əsl sevgi necə olar, sevdiklərininyolunda ən qiymətli səadətini "uf" demədən necə vermək olar, əqidəsi yolundan necə dönməmək olar,onu öyrədib.

Ali təhsil alıb, özümüzə güvənən, heç kəsdən asılı olmayan biri olmuşuqsa, bunun üçün anamızla yanaşı, bacımıza da borcluyuq.

Bacım bizim hamımızdan böyükdür, amma bizim hamımızdan cavan və gözəl görünür, bizim hər uğurumuza ürəkdən sevinir və fərəhlənir...

Sirli yolçu Məhinin bacısı Şirinin sağalması əvəzində onungözəlliyini əlindən aldı, amma, mənim bacımın öz bacıları yolundafədakarlığının əvəzində isə Allah ona sankigözəllik və cavanlıq bəxş edib. Oözü könüllü surətdə ailə səadətini bacı-qardaşlarına olan sevgisi yolunda qurban verdi!
Ailəsinin, nəslinin, el-obasının, xalqının yolunda səadətini qurban verən adamlar var və onlar haqqında əfsanələr yaranır, o əfsanələrə xalqın layiqli övladları möhtəşəm musiqiyazır, həm əfsanəni, həm xalqın musiqisini, həm də özlərini yaşadırlar.

Xalqın qəlbində özlərinə dəməhəbbət əfsanəsi yaradırlar- Arif Məlikov kimi ...

Hərənin özünə görə bir "Məhəbbət əfsanəsi " var.

Bu əfsanəni yaradanlarhəyatdan getsələr də, bu əfsanə xalqın qəlbində daim yaşayacaq!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4933
kulis.az

1Sources