EN

Hindistan almaz alışına moratoriumu ləğv etdi

NOCOMMENT.az xəbər verir ki, Hindistan almaz sənayesi bazar şəraitinin yaxşılaşması ilə əlaqədar dekabrın 15-dən almaz idxalına qoyulmuş 2 aylıq qadağanı ləğv etmək qərarına gəlib. Bu barədə Rapaport News agentliyi Hindistanın Qiymətli Daşlar və Zərgərlik İxrac Şurasının (GJEPC) iclasının nəticələrinə istinadən məlumat yayıb.

“Müvəqqəti qadağanın ləğvi qərarı ABŞ-da Yeni il öncəsi daş satışlarının artması və istehsalçıların ehtiyatlarının azalması səbəbindən qəbul edildi”, – deyə GJEPC sədri Vipul Şah bildirib.

Sentyabrın sonunda GJEPC də daxil olmaqla beş Hindistan təşkilatı sənayeni oktyabrın 15-dən etibarən almaz idxalına 2 aylıq embarqo qoymağa çağırdı.”Alrosa” bu müddət ərzində Hindistana tədarükü ləğv edib.

Chosen
295
nocomment.az

1Sources