EN

Macarıstan XİN başçısı Ararat Mirzoyanla GÖRÜŞÜB

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Yerevan Dialogue” beynəlxalq forumu çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, həmsöhbətlər ikitərəfli gündəlikdəki məsələləri müzakirə ediblər.

 

Qeyd olunub ki, tərəflər fəal siyasi dialoqla yanaşı, sənaye sahələrində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər. Hər iki tərəf əməkdaşlıq sahələrinin, xüsusilə iqtisadiyyat və ticarətin genişləndirilməsi üçün əlavə birgə səylərin vacibliyini vurğulayıb.

 

Nazirlər, həmçinin, iki ölkənin paytaxtlarında daimi diplomatik nümayəndəliklərin açılması haqqında sazişin həyata keçirilməsi istiqamətində atılan addımlara toxunublar. Ermənistan və Macarıstanın xarici işlər nazirləri regional məsələləri də müzakirə ediblər.

Chosen
120
50
modern.az

10Sources