Zəngilan rayonu 35 saylı məktəbin musiqi müəllimi 8-ci sinif şagirdini döyüb.
Yenicag.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, məktəbin Məshəti adlı musiqi müəllimi 8-ci sinif şagirdinə şiddət göstərib.
Təhsil Nazirliyindən Yenicag.az-a bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik:
Ermənistanın paytaxtı İrəvanda Milli Təhlükəsizlik Xidmətinin kapitanı Mamikon O. özünü binanın 6-cı mərtəbəsindən ataraq intihar edib.
Yenicag.az xəbər verir ki, bu barədə yerli “Shamshyan.com” nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün gecə 4-də baş verib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yenicag.az xəbər verir ki, Vahid Kirişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Söhbət zamanı Prezident İlham Əliyevin bir neçə gün əvvəl Türkiyəyə səfəri məmnunluqla xatırlanıb və bu səfərin əlaqələrimizin inkişafında rolu qeyd edilib.
Prezident İlham Əliyev Vahid Kirişçini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Vahid Kirişçi təbrikə görə minnətdarlığını bildirib, nazir kimi özünün ilk səfərini qardaş Azərbaycana etdiyini vurğulayıb.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın gündəliyində kənd təsərrüfatının mühüm yer tutduğu qeyd olunub.
Prezident İlham Əliyev ermənilər tərəfindən işğal dövründə ərazilərimizdə kənd təsərrüfatı ilə bağlı hər şeyin dağıdıldığını qeyd etdi və azad olunmuş torpaqlarımızda digər sahələrlə yanaşı, kənd təsərrüfatı ilə də bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını bildirib. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə Türkiyə ilə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq və birgə fəaliyyətin həyata keçirildiyi məmnunluqla vurğulanıb.
Söhbət zamanı Bakıda keçirilən “Caspian Agro 2022” – Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyəti və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılığı ilə nümayəndə heyətinin bu sərgidə iştirakının önəmi qeyd edilib, Türkiyə şirkətlərinin sərgidə geniş təmsil olunduqları bildirilib. Vahid Kirişçinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
“Mən təhlükəsizliyin təmin olunduğu elə bir ölkənin vətəndaşıyam ki, məni heç kim heç nəyə məcbur edə bilməz. Sadəcə könüllü, ürəyim istəyib, açıqlama vermişəm ki, ortada olan narazılıq aradan qaldırılsın”.
Yenicag.az xəbər verir ki, bunu videoaçıqlamasında meyxanaçı Rəşad Dağlı sosial şəbəkələrdə onun ölümlə hədələndiyi üçün məcburən üzr istəməsi barədə yayılan xəbərlərə cavab olaraq deyib.
O həmin məsələyə aydınlıq gətirib.
Xatırladaq ki, Rəşad Masallıda həmkarı ilə dəyişmə zamanı “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” ifadəsinə görə üzr istəyib.
Videonu təqdim edirik:
Cəvahir
Bakıda orta məktəbdə şagirdlər arasında bıçaqlanma olub.
Yenicag.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə baş verib.
Məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü oğlan şəxsi münaqişə zəminində 8-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü oğlanı bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə barədə polisə məlumat daxil olub.
“Müvafiq ekspertizalar təyin olunub. Şəxsi münasibətlər zəminində baş verən hadisədə xəsarət alan şagir xəstəxanaya yerləşdirilib. Fakt üzrə araşdırma aparılır”, – E.Hacıyev bildirib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Trend-ə Yenicag.az-a verilən məlumata görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən Bərdə rayonunda “КамАЗ” və “HOWO” markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan yük avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.
Mövzu ilə bağlı sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında bildirib ki, Səmərəsiz idarəçilik iri şirkətlərin fəaliyyətinə mənfi təsir göstərir:
“Dövlət müəssisələri, xüsusən də iri vergi ödəyicisi olan şirkətlər həm də inhisarçılardır. Onların zərərlə işləməsini iqtisadi məntiq qəbul edə bilməz. Ona görə də iri şirkətlərin zərərlə işləməsi faktları sosial şəbəkələrdə tənqidlə qarşılanır. Jurnalist araşdırmaları ilə sübut olunan faktlara görə, AZAL-ın rəhbəri və rəhbərliyin tabeliyində olan şəxslərin inhisarçılıqla əldə olunan mülkləri, şirkətləri və daşınmaz əmlakları var. Bu heç də onların aldıqları maaşın həcminə uyğun deyil. Bu baxımdan, AZAL və bu kimi şirkətlərin zərərlə işləməsinin səbəbi yanlış idarəetmə sistemi ilə bağlıdır. Səmərəsiz idarəçilik iri şirkətlərin fəaliyyətinə mənfi təsir göstərir.
Yeri gəlmişkən, ölkə başçısı İlham Əliyev öz çıxışlarından birində AZAL-ı misal çəkərək dövlət şirkətlərinə bir sıra güzəştlərin edildiyini bildirmişdi. Lakin həmin şirkətlərin nizam-intizamsız fəaliyyəti borclarının artmasına da yol açır. Unutmayaq ki, bu şirkətlərin xarici institutlara olan borclarını dövlət ödəyir, eyni zamanda, təyyarə parkının yenilənməsi də dövlət hesabına baş verir. Buna baxmayaraq, AZAL-ın zərərlə işləməsi məmur özbaşınalığının bariz nümunəsidir. AZAL-ın fəaliyyətinə nəzarət edən müvafiq qurumlar da öz öhdəliklərini düzgün yerinə yetirmirlər. Təəssüf ki, idarəetmədə olan qohumbazlıq, regionçuluq, tanışlıq kimi hallar dövlət şirkətləri üzərində ictimai nəzarətin olmamasına və ictimai fikirə hörmət edilməməsinə səbəb olur. Buna görə də AZAL öz xərclərini yalandan “artırır” və cəmiyyətə zərərlə işləmək kimi informasiyalar ötürür”.
Qeyd edək ki, 2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232,8 milyon manat, əməliyyat xərcləri 540,2 milyon, maliyyə xərcləri 83,9 milyon manat, xarici valyuta mübadiləsindən zərəri 9,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 10,2 milyon manata bərabər olub. QSC-nin aktivləri 5% azalaraq 1,978 milyard manata, öhdəlikləri 1,5% azalaraq 2,757 milyard manata enib. Balans kapitalının çatışmazlığı 9% artaraq 779,760 milyon manata yüksəlib.
Gülşən Şərif
Azərbaycan Mərkəzi Bankı 19 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,29 % azalaraq 1,7851 manat, Rusiya rublunun məzənnəsi isə 1,90 % artaraq 0,0268 manat təşkil edib.
Valyuta
Məzənnə
1 ABŞ dolları
1.7000
1 Avro
1,7851
1 Rusiya rublu
0,0268
1 Avstraliya dolları
1,1923
1 Argentina pesosu
0,0144
1 Belarus rublu
0,6186
1 Braziliya rialı
0,3420
1 BƏƏ dirhəmi
0,4628
1 Cənubi Afrika randı
0,1064
100 Cənubi Koreya vonu
0,1335
1 Çexiya kronu
0,0725
100 Çili pesosu
0,1991
1 Çin yuanı
0,2515
1 Danimarka kronu
0,2399
1 Gürcü larisi
0,5792
1 Honq Konq dolları
0,2166
1 Hindistan rupisi
0,0219
1 İngilis funt sterlinqi
2,1065
100 İndoneziya rupiası
0,0116
100 İran rialı
0,0040
1 İsveç kronu
0,1702
1 İsveçrə frankı
1,7245
1 İsrail şekeli
0,5019
1 Kanada dolları
1,3258
1 Küveyt dinarı
5,5443
1 Qazaxıstan tengəsi
0,0039
1 Qırğız somu
0,0205
100 Livan funtu
0,1124
1 Malayziya rinqqiti
0,3861
1 Meksika pesosu
0,0851
1 Moldova leyi
0,0893
1 Misir funtu
0,0931
1 Norveç kronu
0,1728
100 Özbək somu
0,0153
1 Polşa zlotası
0,3845
1 Sinqapur dolları
1,2256
1 Səudiyyə Ərəbistanı rialı
0,4532
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları)
2,2758
1 Türk lirəsi
0,1065
1 Tayvan dolları
0,0571
1 Tacik somonisi
0,1362
1 Yeni türkmən manatı
0,4857
1 Ukrayna qrivnası
0,0578
100 Yapon yeni
1,3193
1 Yeni Zelandiya dolları
1,0783
Qızıl (1 unsiya)
3086,2225
Gümüş (1 unsiya)
36,4660
Platin (1 unsiya)
1586,4315
Palladium (1 unsiya)
3449,9290
Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının yazı blokuna qoyulan tələblər açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a bildirilib ki, xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı vermək istəyən namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxslər) və iddiaçılar (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri əhatə olunmaqla nümayiş etdirməlidirlər.
Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın istiqamətindən asılı olaraq dəyişir. Belə ki, xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçmiş namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunur.
Esse yazarkən namizədlərə qoyulan tələblər bunlardır:
Esse seçilmiş xarici dildə olub mövzunun adına uyğun işlənməli;
Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;
Həcmi 200-250 söz olmalı;
Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;
Üslubu publisistik olmalı;
Essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı;
Neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli;
Fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli;
Akademik yazı qaydalarına əməl edilməlidir.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə iddiaçılardan vizual məlumatın (məsələn, cədvəl, diaqram (xətti, dairəvi diaqram) və s) təsvirini vermək tələb olunur.
Vizual məlumatı təsvir edən zaman iddiaçılara qoyulan tələblər bunlardır:
Vizual məlumatın təsviri seçilmiş xarici dildə olub vizual məlumata uyğun olmalı;
Tərkib hissələri (giriş, əsas hissə (xülasə və detalları əhatə etməklə bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;
Həcmi 150-180 söz olmalı;
Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;
Elmi-publisistik üslubda olmalı;
Vizual təsvir əsas məqamlara toxunulmaqla əhatəli olunmalı;
Vizual məlumat analiz olunaraq düzgün şərh edilməli və müqayisələr aparılmalı;
Neytrallıq qorunmalı, şəxsi fikirlərə yol verilməməli;
Vizual məlumatın təsvirində tərkib hissələri və fikirlər arasında məntiqi rabitə gözlənilməli;
Vizual məlumat mövzuya uyğun zəngin söz ehtiyatı ilə təsvir olunmalı;
Akademik yazı qaydalarına əməl edilməlidir.
İsmayıllı Rayon Polis Şöbəsinə İvanovka kəndində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan nəğd pul, tütün məmulatları, müşahidə kameralarının yaddaş qurğusunu, kassa aparatını, 100 manat dəyərində “Poz, qazan” lotereyalarını və digər ərzaq məhsullarını oğurlayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin Göyçay şəhər sakini, əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum edilmiş İlqar Mustafayev olduğu müəyyənləşdirilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib.
İrəvanda baş nazir Paşinyn əleyhinə aksiyalar davam edir. Yenicag.az xəbər verir ki, polis aksiyaları dağıtmaq üçün yüzdən çox etirazçını həbs edib.
Müxalifət də öz növbəsində əsas küçə və prospektləri tutmağa cəhd göstərib. Hətta metro stansiyalarında da etirazlar davam edib.
Bu arada aksiya zamanı “Daşnaksütyun” partiyası Ali Şurasının sədri Simon Simonyan Komitas prospektində polis zorakılığı ilə üzləşib. Belə ki, zorla polis maşınına mindirilərkən, polisin onun qolunu sındırdığı iddia olunur.
Videodan da göründüyü kimj Simonyan polis maşınına mindirilərkən, “Qolumu sındırdın, heyvan” deyə, qışqırır.
Qeyd edək ki, artıq bir neçə gündür ki, Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Müxalifətin “Müqavimət” hərəkatının təşkil etdiyi mitinqlər əsasən paytaxt İrəvanda təşkil edilir. Etirazçılar küçələri aktiv şəkildə bağlayırlar. Polisin müdaxiləsindən sonra hər gün onlarla etirazçı saxlanılır.
VİDEONU BURADAN İZLƏYİN
Elm aləmində ölümlə bağlı araşdırma aparılmağa davam edir.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Nyu-York Universitetinin Tibb Mərkəzinin əməkdaşı Sen Parnia ölümün ani bir hadisə olmadığını söyləyib.
Parnianın sözlərinə görə, insan öldükdən sonra öldüyünü bilir. Araşdırmaçı, həmçinin ölüm hadisəsinin günlərlə davam etdiyini də vurğulayıb.
Elm cameəsinda Parnianın sözləri birmənalı qarşılanmayıb. Onu müdafiə edənlərlə xəyalpərəst olduğunu söyləyənlər arasında qızğın müzakirə gedir.
Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərinə baxılmasını əngəlləyib.
Çərşənbə günü NATO nümayəndələri Finlandiya və İsveçin təklifləri barədə danışıqlara başlamaq üçün bir araya gəliblər. Lakin Ankaranın mövqeyi nəticəsində müzakirə baş tutmayıb.
Qeyd edək ki, əvvəlcə alyans qəbul protokolunu təsdiqləməli, daha sonra hər iki ölkəyə formal olaraq dəvət göndərməlidir. Yalnız bundan sonra Skandinaviya ölkələrinin üzvlüyü bütün NATO ölkələri tərəfindən ratifikasiya edilməlidir.
Türkiyədə nikah mərasimi zamanı bəyin hərəkəti hər kəsi təəccübləndirib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, nikah məmuru bəydən evlənməyə razı olub-olmadığını soruşduqda o, verdiyi cavabla hər kəsin donuqluq yaşamasına səbəb olub.
Belə ki, bəy “hə” əvəzinə, futbolçu Kriştiano Ronaldonun qol sevincini ifadə etdiyi “Siu” sözünü deyib.
Bəyin hərəkətindən sonra yaşanan təəccüb və donuqluq bir az sonra yerini qəhqəhələrə verib.
Həmin görüntüləri təqdim edirik:
İspaniya Avropada ilk sayıla biləcək qərara imza atıb.
Yenicag.az xəbər verir ki, İspaniya hökuməti şiddətli aybaşı ağrısı çəkən qadınlara ödənişli icazə verilməsi yönündə qərar qəbul edib.
Qərarla ağrı çəkən qadınla işə getməyə biləcəklər.
Qeyd edək ki, hazırda yalnız Cənubi Koreya, Yaponiya, Zamibiya və İndoneziyada aybaşı dönəmində qadınlara işə gəlməmək icazəsi verilir.
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyət müddətinin uzadılması ilə bağlı fərman imzalayıb.
Yenicag.az xəbər verir ki, fərmanda hərbi vəziyyətin mayın 25-dən 90 gün uzadılması barədə qərar əks olunub.
Qərar Ali Rada tərəfindən təsdiq edilməlidir.
ABŞ-nin Moskvadakı səfirliyinin yerləşdiyi meydanın adının dəyişdirilməsi təklif olunub.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq təklif Moskva hökumətinə təqdim edilib.
Məlumata görə, sözügedən təklifdə ABŞ-nin Moskvadakı səfirliyinin yerləşdiyi meydanın “Donbasın müdafiəçiləri meydanı” adlandırılması xahiş olunub.
Maraqlıdır ki, haqqında danışılan təklifə münasibət bildirən bir sıra deputatlar da bu ideyanı müsbət qiymətləndiriblər.
Bundan əvvəl isə Liberal-Demokrat Partiyası (RLDP) da analoji təşəbbüs irəli sürərək həmin meydana Jirinovskinin adının verilməsini təklif etmişdi.