• Şikayət et

Yeni siyasi reallıq

Son bir həftə ərzində dünyanın 60-dan çox ölkəsinin liderləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına 28 May - Respublika günü münasibətilə təbriklər göndərmişlər. Təbriklərin sayını və göndərən dövlət başçılarının siyasi çəkisini nəzərə alsaq görərir ki, Azərbaycan lideri daha yüksək səviyyədə dəyərləndirilir. Bu İkinci Qarabağ Müharibəsində Müzəffər Ali Baş Komandanın qazandığı Zəfərlə və bölgədə yürüydüyü xarici siyasətlə bağlıdır. Azərbaycan artıq dünya dövlətlərinin xarici siyasətində önəmli yerlərdən birini tutur. Hazırda Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün təkcə ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzunun və regiondakı “açar” dövlət statusunu əldə etdiyinin göstəricisidir.

ABŞ Prezidenti J.Baydeninin təbrik məktubunda göstərilir ki, Azərbaycan ABŞ-la ikitərəfli və çoxtərəfli əlaqələrə malikdir. J.Bayden Azərbaycan Prezidentini həm Novruz, həm də Respublika günü münasibətilə təbrik etmiş və xoş diləklərinin bildirmişdir. Müstəqillik əldə etdiyimiz 30 il ərzində Azərbaycan Respublikası ABŞ-la enerji, təlükəsizlik və demokratik idrəetmə sahəsində birgə fəaliyyət göstərmiş və bu tendensiya bundan sonra da davam edəcəkdir. ABŞ Cənub Qaz Dəhlizinin işə salınmasını, Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri, Xəzərdəki yatağın bu il Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir və təqdir edir.

ABŞ-ın siyasi rəhbərliyi tərəfindən terrorla mübarizədə Azərbaycanın oynadığı rol etiraf olunur, NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlığını bildirir və mövcud istiqamətdəki əməkdaşlığın nə qədər önəmli olduğunu gündəmə gətirir. Hazırda ölkələrimiz arasında münasibətlərin yeni inkişaf perspektivləri haqqında mülahizələr irəli sürülür. ABŞ-ın dövlət katibi E. Blinkenin aprelin sonlarında etdiyi telefon zəngi zamanı aparılmış söhbətlərdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi nəzərdə tutulmişdur. ABŞ Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasında əvəzsiz töhfələr verə bilər.

Azərbaycan bölgənin digər dövlətləri ilə də yaxşı münasibətlərə malikdir və bu münasibətləri daha da inkişaf etdirmək əzmindədir. Şimal qonşumuz Rusiya fedrasiyasının Prezidenti V.Putin öz təbrik məktubunda ölkəmizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlar əldə etdiyini gündəmə gətirərək və Azərbaycanın dünya arenasında yüksək nüfuz qazandığını, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynadığını bildirmişdir. Eyni zamanda, Rusiya Prezidenti Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətlərə yüksək dəyər vermişdir.

Hazırda dünyanın suergüclərindən birinə çevrilən, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Çinlə Azərbaycanın xarici əlaqələri artan templə inkişaf edir. Bu tendensiyanı Çin Xalq Respublikasının Sədri Si Cinpin öz təbrik məktubunda qeyd etmiş, ikitərəfli münasibətlərdə fəal inkişaf dinamikası müşahidə olunmasına və ölkələrimizin hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləməsinə xüsusi diqqət çəkmişdir. “Bir kəmər, bir yol” beynəlxalq layihəsi üzrə ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdiyini göstərmişdir. Belə bir nəticəni qeyd etməliyik ki, dünyanın ən böyük iqtisadi güc mərkəzləri olan ABŞ və Çin Azərbaycanla birgə regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdırlar. Bu isə ölkəmizin artan nüfuzunu bir daha sərgiləyir.

Qonşu dövlət olan İranla Azərbaycan arasında münasibətlər qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında qurulub. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani öz məktubunda Prezident İlham Əliyevi təbrik edərək, müstəqilliyin ilk günlərindən ölkələrimizin iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirdiyini göstərmişdir. Ölkələrimiz öz zəngin mədəniyyətindən və qədim tarixindən yaralanaraq gələcəkdə də siyasi, iqtisadi və mədəni sahələrdə birgə əməkdaşlıq və qarşılıqlı faydalanmadan istifadə dəcəklər.

Azərbaycan Avropada siyasi çəkisi və söz sahibliyi ilə fərqlənən İtaliya Respublikası ilə əmkdaçlıq sahəsində çox böyük nailiyyətlər əldə etmişdir. İtaliya Respublikasının Prezidenti S. Mattarella öz təbrik məktubunda ikitərfli əməkdaşlıq əlaqələrimizin perspektivlərini qeyd edərək, xalqlarımızın rifahı naminə əməkdaşlığın davamlı olmasında maraqlı olduğunu vurğulamışdır. İtaliya Prezidenti öz məktubunda azərbaycanlılar və italyanlar arasında qarşılıqlı rəğbət və səmimi dostluğun olmasının, pandemiyanın ən kəskin dövrlərində belə yenidən öz təsdiqini tapdığını göstərmişdir. Azərbaycanla İtaliya təkcə enerji və mədəniyyət sahəsində deyil, digər sahələrdə də gözəl münasibətlərə malikdirlər. Işğaldan azad edilmiş torpaqlarımızda həyata keçiriləcək bərpa işlərində İtaliya şirkətlərinin yer alması buna bariz nümunədir. Bu münasibətlərin şaxələnməsi və davamlı olması hər iki ölkənin siyasi maraqlarına uyğundur.

Zaur Abbasov - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, rayonun fəal gənci

Mənbə:
0
6167
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar