• Şikayət et

Vaksinasiyadan imtina edənlərin səbəbləri əsaslıdır? – Həkim AÇIQLADI

Dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda vaksinasiyadan imtina tendensiyası müşahidə edilir. Bəzi sahələrə girişlə bağlı COVİD pasportu tələbi qoyulsa da, peyvənd vurdurmaqdan çəkinənlər kifayət qədərdir. Bu da vaksinlərin ehtimal olunan fəsadlarından irəli gəlir.

Bəs, peyvəndlərlə bağlı narahatlığa əsas varmı?

Olaylar.az xəbər verir ki, bunu Tibb elmləri doktoru, professor Musa Qəniyev sfera.az-a açıqlamasında qeyd edib ki, dünyada koronavirus əleyhinə istifadə olunan peyvəndlər ya inaktiv, ya da "vektorlu" peyvəndlər qrupuna aiddir:

"Bu peyvəndlərdən heç biri enzim patologiyası olan məhdud insan qrupu istisna olunmaqla, digər şəxslərdə fəsad və xüsusi müdaxilə tələb edən ciddi əlavə effektlərə səbəb ola bilməz. Nəzərə almaq lazımdır ki, bu cür şəxslərdə təkcə COVİD-19 əleyhinə vaksin deyil, istənilən peyvənd və yadərman preparatları da atipik reaksiyalar törədə bilər".

Mütəxəssis vaksin vurdurandan sonra halı pisləşən şəxslərdən də söz açıb:

"O ki qaldı, peyvənddən sonra inyeksiya yerində ağrının olmasına, bu,r yan təsir yox, formalaşan immunitetin zəruri reaksiyalarıdır. Yəni, orqanizmdə immunitetin yaranmasının təsdiq əlaməti olub, qısa müddətdən sonra azalaraq tamamilə aradan qalxır. Odur ki, COVİD-19 əleyhinə vaksinasiya zamanı müşahidə oluna bilən bu kimi reaksiyalar peyvəndin fəsadı kimi qiymətləndirilməməlidir. Ümumiyyətlə isə, koronavirusdan qorunmanın ən sadə yolu, yalnız adi gigienik tələb və normal ünsiyyət formalarına əməl etməkdir".

Mənbə:
0
5789
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar