...Türkiyənin Qızıl Aypara Cəmiyyəti, Fələstinə 500 min türk lirəsi məbləğində dərman preparatı göndərib
Türkiyənin Qızıl Aypara Cəmiyyəti, Fələstinə 500 min türk lirəsi məbləğində dərman preparatı göndərib.
İnterAz "Anadolu"ya istinadən xəbər verir ki, yardım yükü işğal altındakı Şərqi Qüds və Qəzza zolağında İsrail polisinin zorakılığından əziyyət çəkən fələstinli mülki insanları müalicəsi üçün nəzərdə tutulub.
Dərman preparatları artıq Fələstin Qızıl Aypara nümayəndələrinə təhvil verilib.