Mərhum Xalq artisti Teymur Mustafayevin (Teymur əmi) evində xeyir iş olub.
Axşam.az xəbər verir ki, xanəndənin nəvəsi evlənib. Toydan videonu Əməkdar artist Mətanət İsgəndərli sosial şəbəkə hesabında paylaşıb.
"Xalqımızın dəyərli sənətkarı, hər zaman pozitivliyi ilə seçilən mərhum sənətkarımız Teymur əminin nəvəsinin toyundan… Allah xoşbəxt eləsin. Əminəm ki, Teymur əminin ruhu şaddır" deyə, M.İsgəndərli paylaşımında yazıb.