“Şeffild Yunayted”in kapitanı Billi Şarp Premyer Liqaya vəsiqə qazanmaq üçün “Nottingem Forest”lə keçirilən pley-offun yarımfinalının cavab oyunundan sonra (2:1, 1-2, penalti 3-2) azarkeşin hücumuna məruz qalıb.

Sportinfo.az xəbər verir ki, Şarp zədəli olduğu üçün həmin qarşılaşmada iştirak etməyib.

Penalti seriyasından sonra o, qazonun kənarında dayanıb.

Bu vaxt bir azarkeş qaçaraq yaxınlaşıb və kapitanın ayağına arxadan zərbə vurub. Polis dərhal araşdırmaya başlayıb və kapitana xəsarət yetirən azarkeş həbs edilib.

“Barselona” bu ilin yayında “Real”la yoldaşlıq oyunu keçirəcək. Görüş Las-Veqasda (ABŞ) keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

“Barselona”nın ABŞ-a mövsümöncəsi turu iyulun 19-dan 30-na kimi baş tutacaq. Xəbərdə bildirilir ki, “Barsa” ABŞ-da “İnter Mayami” “Yuventus” və “Nyu York Red Bullz”la da yoldaşlıq oyunları keçirəcək.

Kataloniya klubunun bu oyunlardan əldə edəcəyi gəlirin təxminən 10 milyon avro olacağı gözlənilir.

“Real” və “Yuventus”la matçlarda “Barselona” stadionu şərikli icarəyə götürəcək, klublar bilet satışından əldə olunan gəliri öz aralarında bölüşdürəcəklər.

“Barselona” – “Real” matçının dəqiq tarixi hələlik açıqlanmayıb.

"Şamaxı"nın kapitanlarından biri olan Şəhriyar Əliyevin "Sumqayıt"la oyundakı məğlubiyyətdən (0:2) sonra əvəzedici komandaya göndərilməsi barədə xəbər vermişdik.

Təcrübəli oyunçu bu səbəbdən komandasının "Qəbələ" ilə son oyunun da buraxmalı olmuşdu.

Əliyev barədə belə qərara səbəb kimi maaşının azalmasına razı olmaması səbəb kimi göstərilir. Amma mərkəz müdafiəçisi Sportinfo.az-a açıqlamasında bu ehtimalı yaxın buraxmadı:

"Vallah-billah, mənim klubda heç kimlə maaş söhbətim olmayıb. Əvəzedici komandaya göndərilmə səbəbinə gəlincə isə mən özüm də dəqiq nəsə bilmirəm.

Məncə, bu barədə baş məşqçi açıqlama versə daha yaxşı olar. Çünki həqiqətən bildiyim nəsə yoxdur ki, sizə deyim.

Baş məşqçinin qərarıdır və mən də buna hörmətlə yanaşaraq əvəzedici komandada məşqlərimi edirəm".

XANOĞLAN

Azərbaycanın ən oxunaqlı media portallarından biri olan Sportinfo.az saytı müxtəlif təmayüllü təşkilatlar, biznes sturkturları və idman federasiyaları ilə portnyorluğa hazır olduğunu açıqlayır.

Böyük oxucu auditoriyasına malik Sportinfo.az reklam əməkdaşlığı qurmaq istəyən qurum və şirkətlərin təkliflərini gözləyir.

Şərtlərimizlə tanış olmaq istəyənlər bizimlə əlaqə qurmaq üçün:

GM MEDİA REKLAM

Telefon: (055) 278-90-41

E-mail: gmmediareklam@gmail.com

Azərbaycan millisinin futbolçusu Namiqk Ələskərovun çıxış etdiyi "Bursaspor" iki legioneri ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı müdafiəçi Luka Tsapan və almaniyalı hücumçu Rici Ofosu klubla müqavilələrini birtərəfli şəkildə ləğv ediblər.

Türkiyə Futbol Federasiyasının rəsmi saytında da bununla bağlı məlumat yerləşdirilib.

Bursa təmsilçisinin rəhbərliyi Ələskərovla yanaşı, digər əcnəbi futbolçularla isə danışıqları davam etdirir. Tezlikla həmin oyunçuların da sözləşməsinə xitam veriləcək.

Namiq Ələskərovun "Bursaspor"la 2023-cü ilin yayınadək müqaviləsi var. Lakin klub II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, 27 yaşlı yarımmüdafiəçi ilə də yollar ayrılacaq.

Premyer Liqanın 27-ci turunda «Zirə»yə 0:1 hesabıyla məğlub olan «Neftçi»nin düşərgəsində qalmaqal yaşanıb.

Yenilgiyi qəbul etməyən baş məşqçi Samir Abasov matçdan sonra paltardəyişmə otağını bir-birinə qatıb.

Əsəbdən özünə yer tapmayan çalışdırıcı futbolçuların üstünə qışqırıb və bununla da kifayətlənməyərək, «kişi deyilsiz» ifadəsini işlədib.

Təbii ki, onun söylədikləri cavabsız qalmayıb. Komanda üzvlərindən bəzisi yerindən qalxaraq, baş məşqçiyə cavab qaytarıb. O

nlardan Azər Əliyev isə Samir Abasovla eyni tonda danışıb, «bəsdir, hamımızı boğaza yığmısan» söyləyib.

SPORTİNFO.AZ

“Rusiya Ermənistandakı etiraz hərəkatlarını bu ölkənin daxili işi hesab edir və müvafiq proseslərə müdaxilə etmir”.

Bunu çərşənbə axşamı jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Bakı ilə İrəvan arasında aparılan danışıqlar prosesini və Ermənistanda bu fonda baş verən etiraz aksiyalarını şərh edərkən deyib.

“Bu, Ermənistanın daxili işidir. Biz bunu bilirik və proseslərə qarışmırıq”, - deyə Rudenko bildirib.

Qeyd edək ki, bu cür açıqlama Rusiya tərəfindən ötən həftə də verilmişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistandakı aksiyaları bu ölkənin daxili işləri adlandırmışdı və Rusiyanın Ermənistandakı bu proseslərə qarışmaq niyyətində olmadığını bəyan eləmişdi. Görünür, Rusiya təxminən bir həftə sonra yenidən belə bir mövqeni ortaya qoymağı zəruri hesab edib.

Xatırladaq ki, İrəvanda etiraz aksiyaları, mitinqlər və yürüşlər aprelin sonunda başlayıb. Müxalif qüvvələr hökuməti Qarabağ məsələsində erməni maraqlarını təslim etməkdə ittiham edir və onun istefasını tələb edir.

Bəs əslində necədir? Kremlin Ermənistanda Paşinyana qarşı mitinqlərdə rolu, marağı yoxdur?

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistandakı daxili vəziyyətlə bağlı verilən açıqlama reallığı əks etdirmir. Bu cür bəyanatlar digər bir sıra ölkələrin daxilində gərginliklər yaşananda da çox səslənib, lakin əslində bəlli olub ki, həmin proseslərin arxasında elə Moskvanın özü dayanır. Azərbaycanda da hələ 1993-cü ildə hakimiyyətə qarşı qiyamın arxasında Rusiya dayanırdı, bundan sonrakı zamanlarda da ölkədə müəyyən siyasi gərginliklər meydana çıxanda Moskva hər dəfə bəyan edirdi ki, bu məsələlər Azərbaycanın daxili işidir, Rusiyanın qarışmaq niyyəti yoxdur: “Digər konkret ölkələrlə də bağlı bunu söyləyə bilərik. Rusiya ölkələrin daxilində özünə bağlı qüvvələri hakimiyyətə qarşı qaldırır, sonra da aldadıcı açıqlamalar verməklə guya bu məsələlərdə Rusiyanın əlinin və rolunun olmadığını göstərməyə çalışır”.

Ekspertin sözlərinə görə, Ermənistanda baş verən son hadisələrin nə zaman və hansı şəraitdə başladığına diqqət etmək lazımdır, o zaman bəlli olacaq ki, aksiyalara başlamaq üçün düymə haradan və nə üçün basılıb: “Hazırda Ermənistanda küçə etirazlarının əsas təşkilatçısı olan Artur Vanetsyan Moskvaya səfərə gedib qayıdandan sonra aktivləşdi və bu etiraz aksiyalarının fasiləsiz keçiriləcəyini bəyan etdi, bununla da aksiyalar başlandı. Vanetsyanın Rusiyaya səfəri isə o zaman oldu ki, 6 apreldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının sədri Şark Mişelin iştirakı ilə Brüsseldə görüş keçirildi və görüşdən sonra pozitiv açıqlamalar verildi, bu açıqlamalar gələcək perspektivlə bağlı ümidlər yaradırdı. Məhz bu görüş və onun nəticələrindən Moskva narahat oldu və Azərbaycana, Ermənistana Rusiyadan zənglər oldu, Ermənistanın xarici işlər naziri Moskvaya çağırıldı, bunun ardınca Ermənistan baş nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Rusiyaya çağırıldı. Bu səfərdən sonra Paşinyanın ritorikasında müəyyən dəyişiklikləri gördük. Burada Rusiyanın rolu və həqiqət ondan ibarətdir ki, Ermənistanı qarışdıran Moskvadır. Ermənistan dövlətinin siyasi, iqtisadi və informasiya məkanının əhəmiyyətli hissəsi birbaşa Rusiyanın nəzarətindədir. Ermənistanda baş verən proseslər böyük ölçüdə Moskvanın nəzarəti daxilində baş verir. Xüsusilə bu gün Ermənistandakı etiraz aksiyalarının təşkilatçılarının, öndə gedənlərinin sırasına baxdıqda bu şəxslərin hamısının-Robert Köçəryan, Seyran Ohanyan, Serj Sərkisyan, Artur Vanetsyan, İşxan Saqatelyan və digərlərinin birbaşa Rusiyanın əlaltıları və agentura şəbəkəsinin üzvləri olduğunu görürük.

Onların səsləndirdiyi şüarlara, Azərbaycan-Ermənistan münasibətlərinə, o cümlədən Ermənistan-Türkiyə münasibətlərinə qarşı açıqlamalarına baxdıqda biz həmin etiraz aksiyalarının haradan, necə idarə olunduğunu açıq şəkildə görməkdəyik. Bu etiraz aksiyalarının keçirilməsində Rusiyanın iki əsas məqsədi var. Birincisi, Ermənistanda vəziyyəti gərginləşdirməklə özünün əhəmiyyətini artırmaq və Paşinyana təzyiq etmək istəyir. Çünki Paşinyan eyni vaxtda iki stulda oturmaqda davam edir, həm guya Qərblə münasibəti yaxınlaşdırmaq istəyir, həm də Rusiya ilə münasibətlərin inkişafında maraqlı olduğunu bəyan edir. Moskva təbii ki, Paşinyana inanmır və onu təzyiq altında saxlamağa çalışır. İkincisi, Rusiyanın məqsədi özünün təsir zonası hesab etdiyi Qafqazdakı bütün məsələlərin birbaşa və ancaq onun iştirakı ilə həllində maraqlı olduğunu nümayiş etdirməyə çalışır. Rusiya hesab edir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması onun maraqlarına uyğun deyil, Rusiyanın bölgədə təsir imkanlarını azaldacaq. O baxımdan Rusiyaya bölgədə nəzarət olunan gərginlik lazımdır. Odur ki, Ermənistanda baş verən etiraz aksiyalarının komandasının və göstərişinin gəldiyi ünvan Rusiyadır” (musavat.com).

Etibar SEYİDAĞA

"Ayntraxt" (Frankfurt) və "Reyncers" arasında keçirilmiş Avropa Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu ada Frankfurt təmsilçisinin qapıçısı Kevin Trapp ilə hücumçusu Rafael Borre, həmçinin "Reyncers"in yarımmüdafiəçisi Co Aribo və müdafiəçisi Kelvin Bassi iddia edir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. "Ayntraxt" əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa qarşılaşmanın penaltilər seriyasında rəqibini məğlub edib - 5:4.

“Beşiktaş”ın hazırkı prezidenti Ahmet Nur Çebi növbəti seçkilər üçün namizədliyini irəli sürüb.

Sportinfo.az xəbər verir ki, 63 yaşlı funksioner bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

Nur Çebi klub prezidentliyi uğrunda mübarizəyə qatılacağını rəsmən açıqlayıb.

Mayın 22-də gerçəkləşəcək seçkidə Fuat Çimen də namizəd olub.

Ahmet Nur Çebi mətbuat konfransında “Beşiktaş”ın hazırkı borcunu da açıqlayıb. Onun sözlərinə görə, İstanbul klubunun hazırda 4.3 milyard TL borcu var.

“Qarabağ” mayın 27-də ölkə kubokunun final matçına çıxacaq.

Qəbələdə keçiriləcək həlledici matçda rəqib “Zirə”dir.

Premyer Liqada çempionluğu özü üçün təmin etmiş Ağdam təmsilçisi kuboku da qazanarsa, futbolçularının hər birinə əlavə olaraq 10 min mukafat ödəyəcək.

SPORTİNFO.AZ