Bəziləri cinsi əlaqənin idman qədər faydalı olduğunu düşünür. İnsan orqanizminə saysız-hesabsız faydaları olsa da, seks zamanı idmanla müqayisədə daha az kalori yandırılır.
Təbii ki, bütün cütlüklər üçün eyni sözü demək olmaz. Cinsi əlaqənin müddəti və seçilən pozalar çöx önəmlidir. Elmi araşdrımalara görə, cinsi əlaqə zamanı yandırılan kalorilər üzgüçülük, qaçış və gəzinti kimi fiziki məşq növləri ilə müqayisədə daha az kalori yandırmağa kömək edir. Tədqiqatlar göstərib ki, orta sürətlə 30 dəqiqə qaçan kişilər 276, qadınlar isə 213 kalori yandırır. Yəni kişilər dəqiqədə təxminən 9,2, qadınlar isə 7,1 kalori yandırırlar.