“Süd vəzində rast gəlinən xəstəliklər arasında yeni törəmələr üstünlük təşkil edir. Bundan başqa, süd vəzində ilthabi xəstəliklər də daha çox rast gəlinən problemdir. Törəmələr özü də iki növə ayrılır xoşxassəli süd vəzi törəmələri və bədxassəli süd vəzi xərçəngi. Təəssüf ki, Azərbaycan da daxil olmaqla, bütün dünyada süd vəzi xərçəngi gəncləşib”.
Bunu Medical Media-ya açıqlamasında onkoloq-mammoloq Rəna Niftəliyeva deyib.