Amerika Milli Sağlamlıq İnstitutunun 25 milyon dollar ayırdığı tədqiqatın ilk nəticələri açıqlanıb. ABŞ-da 5 il əvvəl başlayan araşdırmada trilyonlarla bakteriya təsnif edilib. Əldə edilən yeni məlumatlar xərçəngin müalicəsinin təsirini artırmaq və qocalmanı gecikdirmək üçün istifadə ediləcək.
ABŞ-ın Kornell Universiteti, Kolumbiya Universiteti və Cekson Laboratoriyasının tədqiqatçılarının birgə apardığı “xroniki yorğunluq və bağırsaq mikrobiotası arasında əlaqəni sübut edən” araşdırmanın ilk nəticələri müsbət proqnozlar verir.