Qondarma qurumun naziri iddia edir: “Azərbaycan öz mədəniyyətinə dəyər vermir”

Paralel.az xəbər verir ki, qondarma qurumun təhsil, elm-mədəniyyət və idman naziri Lusine Qaraxanyan Azərbaycana qarşı ittihamlar səsləndirib. O, “Artsax Respublikasının erməni tarixi, mədəni və mənəvi irsinin Azərbaycanın nəzarəti altında olan bölgələrdə qorunması” mövzusunda Milli Məclisdə çıxışında belə deyib: “Azərbaycan öz mədəniyyətinə belə dəyər vermir. Bu ölkə ilk Artsax savaşından sonra erməni tərəfində qalan azərbaycanlı rəssamların rəsmlərinin işğal olunmuş ərazilərdə qalan erməni mədəni dəyərləri ilə mübadiləsinə razılıq vermədi. İşğal olunmuş ərazilərdə 2000 abidə, 122 kilsə, 13 monastır, 52 qala, 536 xaçkar qalması məni incidir. Azərbaycanlılarda 20 885 muzey eksponatı, 617 min kitab və digər ədəbiyyat var. Bunlar təkcə erməni tarixi-memarlıq, tarixi-mədəni abidələri deyil, həm də bəşəriyyətin irsi, işğal olunmuş bir mədəni irsdir. Azıx mağarası, Tigranakert və Artsax bütövlükdə sivilizasiyanın irsidir.

Biz rus sülhməramlıları ilə gündəlik işləməklə, 17 noyabrdan dərhal sonra bomba sığınacaqlarında gizlədilən əmlakı qaytarmağa çalışdıq. Mübadilə mexanizmini də sınaqdan keçirdik. Birinci müharibədən

bəri saxladığımız Azərbaycan rəssamlarının əsərləri də bizdədir. Amma onlar öz mədəniyyətlərinə dəyər vermirlər, bu mübadiləyə razı deyillər. Başqa sözlə, mübadilə mexanizmi işləmir”.

Erməni nazir sonda öz məsləkinə uyğun şəkildə vurğulayıb ki, Ermənistan tərəfi “son dərəcə aqressiv qonşularla ünsiyyət qurmaqda çətinlik çəkir”.

Nigar

Mənbə:
0
380
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar