Qazaxıstanlı idmançı Bakıda qızıl medalı qazandı

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının üçüncü günündə Qazaxıstan idmançısı İslam Kabdollov 11-12 yaş kateqoriyasında akrobatik tullanma proqramında 31.100 xal toplayaraq qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ikinci yeri Rusiya təmsilçisi Aleksey Romanov (30,600 xal), bürünc medalı isə onun həmyerlisi Nikolay Volkov qazanıb, onun nəticəsi 30,600 xal olub.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!
Mənbə:
0
92
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar