Politoloq: “Bu formatın yaradılması real görünmür”

Paralel.az xəbər verir ki, politoloq Aleksandr İskəndəryan mətbuata açıqlamasında “3+3” formatının real olmadığını söyləyib. "Bu mövzuda məlumatlar tam deyil. “3 + 3” formatının yaradılması təklifi uzun müddətdir müzakirə olunur. Onun ciddi şəkildə həyata keçirilə biləcəyini təsəvvür etmək çox çətindir. Gürcüstan və Rusiya, İran və Türkiyə, Ermənistan və Azərbaycanın birlikdə çalışması çətindir. Buna görə də belə bir format yaratmaq mənim üçün real görünmür”.

O qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda davam edən proseslər kontekstində hansısa rol oynamağa çalışır: “Gürcüstan regionda gedən proseslərdə iştirak etməyə hazırdır. Tiflisin bununla bağlı Abxaziya, Cənubi Osetiya və Rusiya ilə diplomatik əlaqələrin olmaması kimi bir sıra məhdudiyyətləri var. Buna görə ciddi bir perspektiv təsəvvür etmək çətindir”.

Politoloq Minsk Qrupunun həmsədrləri formatında danışıqlar prosesinin yenidən başlayacağına əmin olduğunu da söyləyib: “Aydın məsələdir ki, bu məsələdə böyük çətinliklər var. Amma heç bir əsas oyunçu hər şeyin belə olmasında maraqlı olmadığı üçün Ermənistan və Azərbaycan liderlərinin görüşü gec-tez baş tutacaq. Qarabağ məsələsi Azərbaycan üçün

varlığını davam etdirir. Azərbaycan Artsaxın bir hissəsinə nəzarət etmir, hətta əhalisi azdır, buna görə də həm Ermənistan, həm də Azərbaycan üçün hələ də problemlər var”.

Nigar

Mənbə:
0
380
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar