• Şikayət et

“Oxuyaq, öyrənək, öyrədək” layihəsi çərçivəsində sonuncu tədbir Şamaxıda keçirilib

 

“Müasir İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Oxuyaq, öyrənək, öyrədək” layihəsinin növbəti tədbiri Şamaxı rayonundakı Mədəniyyət Mərkəzində keçirilib. ADPU-nun Şamaxı filialının professor-müəllim heyətinin və tələbələrinin, kitabxana və mədəniyyət müəssisəsi əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər mütaliə mövzusunda fikirlərini bildirib, tələbələrə oxuma vərdişlərinə dair maraqlı tövsiyələr veriblər.

Tədbir başlayarkən Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə tədbiri giriş sözü ilə açıb, mütaliə haqqında qısa olaraq danışıb.

Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü rəhbərlik etdiyi QHT-nin fəaliyyətindən, layihə çərçivəsində gördükləri işlərdən danışıb. M.Göyüşlü cəmiyyətin maariflənməsi, inkişafı üçün oxunun, mütaliənin əhəmiyyətli olduğunu açıqlayıb. Təşkilat sədri 44 günlük Vətən müharibəsindən bəhs edərək əldə edilən qələbənin, nəticənin qorunması üçün savadlı insanlara çox böyük ehtiyac olduğunu qeyd edib. O, layihə çərçivəsində çap ediləcək kitabın mütaliə prosesinə ciddi dəstək olacağını qeyd edib.

ADPU-nun Şamaxı filialının müəllimi Çingiz Dadaşov oxu mədəniyyəti, mütaliə ilə bağlı rayonda çoxsaylı tədbirlər keçirildiyini vurğulayıb. O, Şamaxı rayonunda ADPU-nun filialının zəngin kitabxanası olduğunu söyləyib. Ç.Dadaşov mütaliənin dünyagörüşünü zənginləşdirdiyini deyərək, mütaliə-tədris-təhsil üçbucağından danışıb. O, mütaliənin ən təsirli tərbiyə vasitəsi olduğunu deyərək bu prosesə uşaq yaşlarından başlamağın önəmindən çıxış edib.

Şamaxı Dövlət Regional Kollecinin müəllimi, şair Teymur Padar Aydınoğlu kitab oxumağın faydalarından danışıb. O, bu prosesin sağlamlığa müsbət təsir etdiyini, yaddaşı gücləndirdiyini açıqlayıb. T.Aydınoğlu oxuyan cəmiyyətin inkişaf etdiyini qeyd edib. Çıxışçı oxuduğumuz kitaba əhəmiyyət verməli olduğumuzu, seçmə üsulu ilə mütaliə etməli olduğumuzu vurğulayıb.

Sonda bu formatda tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Mənbə:
0
5257
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar