• Şikayət et

Qayınatasını qətlə yetirən Talehin 4 ay əvvəl toyu olubmuş

Bakının Suraxanı rayonunda kürəkən qayınatasını bıçaqlayaraq qətlə yetirib.

“Qafqazinfo” cinayət hadisəsi ilə bağlı bəzi məlumatları əldə edib.

Qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Taleh Heydərov qayınatası, 1978-ci il təvəllüdlü Qabil Qənbərovla birgə tikintidə fəhlə işləyirmiş. Taleh 4 ay öncə hadisə nəticəsində ölən Qabil Qənbərovun qızı ilə evlənib. 

Yaxınları onların mehriban münasibətlərinin olduğunu bildiriblər. Bu səbəbdən belə bir hadisənin baş verməsi qohumların da təəccübünə səbəb olub.

Qeyd edək ki, faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Taleh Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Mənbə:
0
82
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar