İrəvan növbəti dəfə Azərbaycanla münasibətlərin normallaşmasında özü üçün “imkan pəncərələri” saxlamağa çalışır.
“İrəvanın irəli sürdüyü təkliflər arasında Azərbaycanın sadəcə olaraq sazişin imzalanmasına razılıq verməməsini təmin etməyə yönəlmiş bir çox erməni “hiylələri” var – məsələn, “Qarabağın və orada yaşayan ermənilərin “status”u adlandırılan” prinsiplər.
Eyni zamanda, Qarabağda yaşayan ermənilərin Azərbaycan Respublikasının vətəndaşları olduğu faktı qalır. Ermənistanda kimin nə deməsindən asılı olmayaraq, bu, dəyişməzdir.
Ən yaxşı halda Qarabağda, yenə Azərbaycanın daxilində mədəni muxtariyyət yaradıla bilər. Və indiki şəraitdə ATƏT-in Minsk Qrupu ilə bağlı “hiylələr” heç də işə yaramır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov MQ-nin dağıldığını açıq şəkildə bəyan edib. Aydındır ki, İrəvan bu məsələni manipulyasiya etməkdə, Fransa və ABŞ-ı köməyə təhrik etməkdə davam edir. Amma bunun sonda nəticə verəcəyini düşünmürəm”, – deyə ekspert bildirib.
Tanınmış jurnalist Qadir İbrahimlinin səhhətində problem yaranıb.
Bildirilib ki, Q.İbrahimli mayın 18-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: “Hazırda o, xəstəxanada müalicəsini davam etdirir”.
“Bir dəfə sizə bu şikayətlə müraciət etmişdik. Yayımlanandan sonra məsələyə baxıldı, maaşlarımızı ala bildik. İndi yenidən eyni problemi yaşayırıq”.
Onların sözlərinə görə, mart-aprel aylarında maaşlarını ala bilməyiblər: “İki aydır ki, maaş ala bilmirik. Söhbət COVİD-lə bağlı nəzərdə tutulan maaşlardan gedir. Maaşlarımızın hansı səbəbdən verilmədiyini soruşanda da deyirlər ki, artıq xəstə əvvəlki kimi çox deyil. Amma bu, səbəb ola bilməz axı, biz elə eyni qaydada çalışmışıq. Mart ayında 144 saat işləmişik, amma inzibati şöbədən bizə deyilir ki, 108 saat yazılıb. Daha sonra öyrəndik ki, 108 saatdan da aşağı salıb cəmi 72 saat yazıblar. Hər işçiyə təxminən 700-800 manat pul verilməlidir. Bu problemi təkcə tibb bacıları yox, qeydiyyatçı da, xadimə də yaşayır”.
Klinikada çalışan tibb işçilərinin iddiasına əsasən, bu hallar yeni baş həkimin gəlişindən sonra yaranmağa başlayıb: “Əvvəl məvacib də yüksək idi. Zamanla azaltdılar. Məsələn, qabaq 900 manata qədər maaş alırdıqsa, sonradan bunu aşağı saldılar. Daha sonra isə maaşlar gecikməyə başladı və nəticə olaraq iki ayın maaşını vermirlər. Gecə səhərə qədər növbədə olub işləyən əməkdaşlarımız var. Nəyə görə oyaq qalırlar? Ona görə ki, maaş ala bilsinlər. Bəs hanı o maaş? Niyə haqqımız kəsilir? Rəhbərliyə etiraz etdikdə, haqqımız tələb edəndə isə “Hansı haqqı tələb edirsiz?! Kimə istəyirsizsə, şikayət edin. Xoşunuza gəlmir, işdən çıxa bilərsiz” deyilir”.
Şikayətlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirilib ki, tibb işçilərinin iş saatları xəstə sayına görə tənzimlənib: “Məlumat üçün bildirək ki, cari ilin mart və aprel aylarında ölkədə koronavirus infeksiyasına yoluxanların sayında azalma müşahidə edilib. Bu baxımdan “Yeni klinika” tibb müəssisəsində də virusa yoluxmuş xəstələrin sayında mart və aprel ayları üzrə azalma qeyd edildiyindən bu istiqamət üzrə tibbi xidmət göstərmiş tibb işçilərinin də iş saatları xəstə sayına görə tənzimlənib”.
Dövlət Agentliyindən o da bildirilib ki, “Yeni klinika” tibb müəssisəsindən mart və aprel ayları üzrə reyestr daxil olduqdan sonra qurum tərəfindən qeyd edilən aylar üzrə müddətli əlavələrin ödənişi 3 iş günü ərzində həyata keçiriləcək.
Yeddi il Ermənistanda əsirlikdə olan və ötən il Azərbaycana qaytarılan Şahbaz Quliyev sensasiyalı açıqlamalar verib.
Biz Əli Həsənovun kabinetindən yola salınmışıq. Əlimizə silah verilib, tapança, avtomat, qumbara verilib. Tam təchizatlı getmişik, erməni bunun hamısını çəkib, göstərib. Əli Həsənova Qarabağdakı fəaliyyətimizlə bağlı 10 kaset vermişəm. Müdafiə Nazirliyində də bilirdilər. Bizim oradan çıxarıb verdiyimiz şəkillər hesabına “general” alanlar var. Biri də Səfər Əbiyevin bacısı oğludur. Mən əsir düşən günü Əli Həsənova verdiyim 10 kaseti ermənilər Xankəndidə gətirib qoydular stolun üstünə”.
Ş.Quliyev bildirib ki, erməni əsirliyinin sonuncu günü ona yüksək məbləğdə pul təklif ediblər: “Kimdən ötrü mən gedib əziyyət çəkmişəm? Mən burada bəy kefində yaşamışam. Erməni axırıncı günə kimi bizi vermirdi. Axırıncı günü ermənilər mənə təkif etdilər ki, “Azərbayanın əleyhinə danış, sənə 1 milyon pul verib 3-cü ölkəyə göndərək”. Mən “yox” dedim”.
Ş.Quliyev, əsirlikdə olan zaman ailəsinə qarşı olan laqeydlikdən və hazırkı sosial vəziyyətindən narazı olduğunu deyib.
O, buna görə özünü öldürəcəyini bildirib və xaricdə yaşayan qızını gözlədiyini deyib: “Bu gün harada səsim çıxır, götürüb yazırlar ki, “bunlar nə iş görüblər? Gedib orada dana yeyiblər”. 1 ay qalmışam orada, dananı acından ölməmək üçün yemişəm. Danışılası çox şeylər var. Mən onları saxlamışam ki, dövlət sirri kimi qalsın. Qızımın gəlməsini gözləyirəm. Onunla görüşdükdən sonra hər şeyi açıqlayacağam”.
Qeyd edək ki, bu il aprel ayının 1-də Şahbaz Quliyev sosial problemləri ilə bağlı Prezident Administrasiyası qarşısında etiraz etmişdi.
Xatırladaq ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Həmin illərdə işğal altında olan Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub və “məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb: Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-da ilk görüşdən, 7-11 may tarixində ikinci görüşdən imtina edib;
Komissiyanın 16-17 may tarixində Moskvada keçiriləcəyi gözlənilən ilk görüşü də alınmayıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bunu “texniki detalların razılaşdırılması” ilə əlaqələndirib və qeyd edib ki, yaxın günlərdə, yaxud həftələrdə təmaslar davam edəcək.
İrəvanın “texniki detal” bəhanəsi ilə prosesi uzatdığı, bununla “güzgü prinsipi”nin tətbiqinə – Azərbaycan ordusunun faktiki çıxdığı sərhəd xəttindən geri çəkilməsinə nail olmaq istəyir. Bakı bundan imtina edir və ordunun mövqeyi yalnız delimitasiya prosesinə uyğun dəyişə bilər.
Bəs Ermənistan nəyə ümid edir?
Prosesin uzadılması bu sualı da ön plana çıxarır və cavabı müəyyən mənada Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın son açıqlamasında tapmaq mümkündür.
Zaxarova bildirir ki, “sərhəddə insidentlərin qarşısını almaq üçün delimitasiya üzrə komissiyanın işə başlaması lazımdır və bu komissiyanın tərkibində “təmas qrupu” kimi etimad mexanizmləri yaradıla bilər”.
Bu o deməkdir ki, Rusiya delimitasiya prosesində təkcə “konsultativ yardımla” yox, praktiki olaraq birbaşa iştirak etmək niyyətindədir. “Təmas qrupu”nun yaradılması istəyi də bundan qaynaqlanır və açıqlamalardan belə nəticə çıxır ki, Düşənbədə keçirilən Lavrov-Bayramov-Mirzoyan görüşündə müzakirə edilən məsələlərdən biri də bu olub: etimad mexanizmlərinin yaradılması – bu “təmas qrupu”, yaxud başqa formada ola bilər;
“Təmas qrupu” yaradılması ilə Rusiya sərhəd məsələsinin həllində praktiki iştirak və sərhəddə toqquşmalara müdaxilə etmək imkanı qazana bilər. Bunu keçmiş Qarabağ münaqişəsi dövründə təklif edilən “atəşkəsə nəzarət mexanizmi”nin başqa forması kimi də anlamaq mümkündür: belə bir mexanizm toqquşmaların qarşısını almaqla yanaşı, Bakının prosesi tormuzlayan İrəvana qarşı mümkün məcburetmə addımlarını da məhdudlaşdıra bilər;
Və mümkündür ki, Rusiya “təmas qrupu”nun yaradılması üçün “sərhəddə sabitliyin təmin edilməsi və etimad mexanizmlərinin yaradılması” adı ilə Ermənistanın istədiyi “güzgü prinsipi”nin tətbiqindən çıxış edib mövqe sərgiləsin: bu, Azərbaycanın ordunu faktiki çıxdığı sərhəd xəttindən geri çəkməsi deməkdir; görünür, prosesi uzadan Ermənistan istəyinə nail olmaq üçün hadisələrin bu məcrada inkişafına ümid edir;
Sərhəddə mümkün yeni toqquşmalar da ruslara “təmas qrupu”, ermənilərə “güzgü prinsipi” üçün əsaslar yaradılması baxımından sərfəlidir.
Azərbaycanda müəllim əməliyyat masasında ölüb.
Bildirilib ki, dünən Sabirabad rayonu A.Ağarəhimov adına Yenikənd kənd tam orta məktəbinin riyaziyyat müəllimi Kamal Əliyusif oğlu Həsənov açıq ürək əməliyyatı zamanı dünyasını dəyişib.
Qeyd edilib ki, 66 yaşlı Kamal Həsənov 40 il müəllim işləyib.
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 28 500 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 1 254 ədəd tankı, 3 063 ədəd zirehli döyüş maşını, 595 ədəd artilleriya sistemi, 199 ədəd reaktiv yaylım atəş sistemi, 93 hava hücumundan müdafiə sistemi, 203 ədəd hərbi təyyarəsi, 167 ədəd helikopteri, 103 qanadlı raket, 2 157 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 455 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib.
Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır.
Bir tərəfdən keyfiyyətsiz yol çəkilişi, bir yandan da iritonnajlı yük maşınları üzündən Bakı-Rusiya yolu darmadağın vəziyyətdədir. Yada salaq ki, yolun tikintisinə 2008-ci ildən başlanılıb və 2011-ci ildə istifadəyə verilib. O vaxt Nəqliyyat Nazirliyi bu yolun 30 il davamlı olacağı barədə məlumat yaymışdı. Çünki yol əməlli-başlı xərc aparmışdı, 1 milyard 300 milyon manat pul xərclənmişdi. Ancaq heç bir neçə il çəkmədi ki, beton yolda çökmələr, çatlar əmələ gəlməyə başladı.
Bir neçə gün öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yaydı ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yenidən əsaslı təmir-bərpa işlərinə başlanılır. Təmir-bərpa işləri magistral yolun 88-ci kilometrindən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq: “Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin ediləcək.
Əks istiqamət üzrə ikitərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq”.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun hər kilometrini təxminən 4,5 milyon manata çəkdiyi və 30 il qarantiya verildiyini iddia etdiyi Bakı-Quba yolu indi tamamilə yararsız hala düşdüyü üçün sökülür və yenidən qurulur. Hazırda vətəndaşların Bakı-Quba istiqamətində hərəkət etməsi çətinləşib. Yolun bir tərəfi tamamilə bağlanıb, digər zolaqda ikitərəfli hərəkət səbəbindən sürücülər qəza riski altında hərəkət edir. Bu yolda hərəkət 2020-ci ildə də təmir-bərpa işləri səbəbindən məhdudlaşdırılmışdı. 30 illiyə tikilmiş həmin yol, bir neçə ilə dağıldı.
Niyə bu fakt hüquq-mühafizə orqanlarının araşdırma predmetinə çevrilmədi? Bu məsələdə əsas Ziya Məmmədovu günahkar sayırlar. Başqa kimlər bu məsələdə günahkardır? Bu yolu həm də “Akkord” şirkəti çəkib. Bəs onun məsuliyyət payı nə qədərdir?
Nəqliyyat eksperti Elməddin Muradlı mövzunu belə şərh verdi: “Bu yola qat-qat çox vəsait xərcləndi. Çünki birinci mərhələdə nə qədər vəsait ayrılmışdısa, ikinci-üçüncü mərhələdə də yolun tikintisinə milyonlar xərcləndi, böyük pullar xərcləndi. Təbii ki, burada sifarişçi Nəqliyyat Nazirliyi idi. İcraçı ”Akkord” və ya başqa şirkətlər olsun, fərqi yoxdur. Hər bir halda hüquq-mühafizə orqanları bu məsələni araşdırmalı idi. Çünki yol təsərrüfatına görə həm dövlətə, həm də vətəndaşlara milyonlarla manat zərər dəyib. Bu çox böyük məbləğlı dəyən bir zərərdir. Bunu nə iləsə kompensasiya etmək mümkün deyil. Bunun maddi və mənəvi tərəflərini hüquq-mühafizə orqanları araşdırmalı idi və çox ciddi tədbir görməli idi. Çox təəssüf ki, hüquqi cəhətdən hələ də heç bir addım atılmayıb.
Halbuki biz son dövrlərdə görürük ki, dövlətə zərər vuranlar aşkarlanır, saxlanır, məsuliyyətə cəlb olunur. Onların vurduğu zərər geri ödənilir. Amma bu məsələ ilə bağlı konkret olaraq hər hansı bir tutarlı bir tədbirin görüldüyünün şahidi olmamışam. Ola bilsin, hansısa formatda tədbirlər görülüb, amma cəmiyyət bunu gözləyir”.
E.Muradlının fikrincə, bu məsələyə mütləq hüquqi qiymət verilməlidir: “Çünki dövlətə qarşı burada xəyanət var, yalançı vədlər var. Vətəndaşlar bu yol çəkilənədək nə qədər əziyyət çəkiblər. Yol ilk dəfə çəkiləndə onlarla adam qəzalarda öldü. İndi yenə yol birtərəfli bağlanıb və artıq ağır qəzalar başlayıb. Ötən həftə 3 nəfər dünyasını dəyişdi. Yol çəkiləndən sonra da onun qat-qat artığını, maddi və mənəvi zərərini gördük. Ona görə də dövlətə vurduğu zərəri istər ”Akkord” şirkəti, istər Ziya Məmmədov ödəməlidirlər”.
Hüquqşünas Əkrəm Həsənov də fikirlərini bölüşüb: “Azərbaycanda belə bir ənənə var ki, eyni yollar hər il təmir olunur. Həmin dövlət qurumları da bir-birinin işinə irad bildirmirlər. Əgər cinayət işi başlansa, faktlar sübut olunsa, vəzifədən sui-istifadə və dövlət vəsaitini mənimsəmə tərkibi ilə həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Yolun keyfiyyətsiz inşasına görə mütləq məsuliyyət olmalıdır.
Cinayət işinin başlanması ilə bağlı yolu çəkən dövlət orqanının tabe olduğu daha yuxarı qurum məsələ qaldırmalıdır. Ya da Hesablama Palatası həmin dövlət orqanının fəaliyyətini yoxlamalı, faktları Baş Prokurorluğa göndərməlidir.
Vətəndaşlar özləri də bu prosesə müdaxilə etməli, bu məsələni dövlət orqanları qarşısında qaldırmalıdırlar. Bu cür halların gələcəkdə baş verməməsi üçün elektron dövlət büdcəsi yaradılmalıdır. Dəfələrlə təkliflə çıxış etmişəm ki, Azərbaycana elektron dövlət büdcəsi lazımdır. Elektron dövlət büdcəsi Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi istisna olmaqla, digər bütün dövlət orqanlarının büdcəsi tam şəffaf olmalıdır, internetdə dərc olunmalıdır və aylıq əsaslarla yenilənməlidir. Adi qələm və kağızdan tutmuş, digər bütün alınan malların siyahısı dərc olunmalıdır. Bizim də ictimaiyyət olaraq onlara nəzarət etmək imkanımız olmalıdır. Bu olmadıqca, yollar da keyfiyyətsiz tikiləcək, korrupsiya cinayətlərinin də qarşısının alınması mümkün olmayacaq”.
Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə ölüb.
“Report” xəbər verir ki, o, bu gün səhər saatlarında işlə bağlı Xızı rayonuna gedib.
Direktor yolda istirahət etmək üçün avtomobilini saxlayaraq maşından düşüb. Bu zaman həmin yolda iki avtomobil toqquşub və onlardan biri yoldan çıxaraq T. Məmmədovu vurub.
Xatırladaq ki, T.Məmmədov 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaatçı mühəndis diplomu ilə bitirib. O, 1982-1986-ci illərdə müxtəlif təşkilatlarda çalışıb, 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib.
2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə T.Məmmədov “Şöhrət” ordeni ilə təltif olunub.
“Qurd Qapısı” restoranı müğənni Vasif Məhərrəmlini bağışlayıb.
Orxan Abdullayev Vasif Mərərrəmlinin hadisədən sonra restorana gəlmədiyini deyib: “Biz dəvət etmişik, amma yəqin ki, gəlməz. Çünki bizə şər atıb”.
Qeyd edək ki, bir neçə gün öncə əməkdar artist Vasif Məhərəmli ilə “Qurd Qapısı” restoranı arasında mübahisə yaranmışdı. Müğənni restoranı dələduzluqda ittiham etmişdi: “Qurd qapısı restoranı var, buradan üzümü insanlara tutub, demək istəyirəm ki, oranın qapısını açmayın. Orda insanları soymaqla məşğul olurlar. Orada qazanılan bütün pullar haramdır. Həmin restorana verdiyim pulları halal etmirəm. Haram xoşunuz olsun. Restoranın müdiriyyəti və administratoru həm pulumu aldı, həm də üzərimə şığıdılar, az qaldılar məni öldürsünlər, onların əlindən zorla qurtuldum”.
“Qurd Qapısı” restoranının meneceri Araz Səddinov baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildirmişdi.
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 28 500 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 1 254 ədəd tankı, 3 063 ədəd zirehli döyüş maşını, 595 ədəd artilleriya sistemi, 199 ədəd reaktiv yaylım atəş sistemi, 93 hava hücumundan müdafiə sistemi, 203 ədəd hərbi təyyarəsi, 167 ədəd helikopteri, 103 qanadlı raket, 2 157 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 455 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib.
Tovuzda yeni ana olmuş qadın vəfat edib.
Tibbi müdaxilələrə baxmayaraq, 1 həftə sonra – mayın 18-də günorta saatlarında Ş.Həsənova vəfat edib.
Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.
İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.
Qısa müddət sonra isə o növbəti paylaşım edərək problemin həll olunduğunu bildirib: “Xeyli araşdırandan sonra dedilər ki, açılıb-bağlanmış bir işdə şahid olduğum üçün ötən il “saxla” qoyulubmuş. “Saxla” əmrini rəsmi qaydada qoymaq lazımdır ki, səfərdən əvvəl DİN-in saytında yoxlayıb vaxtında tədbir görək. Saytda isə “stop” yox idi. Hətta səhər hava limanında da yoxlayanda yox idi. İki saat saxlanılıb ora-bura aparılandan sonra son anda təyyarəyə çatdım”.
Bu gün Biləsuvar, Balakən və Şəmkir rayonlarının bəzi qəsəbə və kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus qaznəqli sistemində mayın 19-da planlaşdırılmış təmir işləri ilə bağlı, saat 08:30-dan təmir işləri başa çatana qədər “Biləsuvar” QPS-dən, saat 10:00-dan təmir işləri başa çatana qədər “Çinarlı”, “Şəmkir”,“Balakən” QPS-lərdən və “Əliyqabulu” QTM-dən qaz təchizatı dayandırılacaq.
Təmir müddətində Biləsuvar şəhəri daxil olmaqla 17 kəndin, Balakən şəhəri daxil olmaqla 55 kəndin, həmçinin Şəmkir şəhəri daxil olmaqla 2 qəsəbə və 12 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Ümid edirəm ki, Ermənistan-Azərbaycan delimitasiya və sərhəd təhlükəsizliyi üzrə komissiyası üzvlərinin iclası yaxın günlərdə və ya həftələrdə baş tutacaq”.
“Düz deyirsiniz, görüş baş tutmadı, amma sizi əmin edə bilərəm ki, görüşün təşkili ilə bağlı müzakirələrimizi davam etdirəcəyik. Tərəflərin razılaşmalı olduğu bəzi texniki detallar var”, – deyə Ararat Mirzoyan komissiyanın mayın 16-17-nə təyin edilmiş iclasının niyə baş tutmaması ilə bağlı sualı cavablandırarkən bildirib.
Moldova Baş Prokurorluğu Sosialistlər Partiyasının fəxri sədri, eks-prezident İqor Dodonu korrupsiyada şübhəli bilərək ona cinayət işi açıb.
“Bu gün, mayın 18-də (dünən) baş prokuror vəzifəsini icra edən Dumitru Robu 2020-ci ilin yayında ictimai məkanda görünən videolara görə cinayət təqibinin başlanmasına göstəriş verib”, – deyə Kerpek jurnalistlərə bildirib.
Cinayət işi üçün İqor Dodonla Demokratlar Partiyasının o vaxtkı lideri Vladimir Plaxotnyuk arasında 2019-cu ilin iyununda keçirilən görüşün videogörüntü əsas olub. Demokratlar Partiyasının ofisində lentə alınan videogörüntüdə Plaxotnyukun Dodona onların “çanta” adlandırdıqları iri qara paket verməsi yer alıb. Söhbətdən aydın olur ki, “çanta”da o zaman Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyasını maliyyələşdirmək üçün nəzərdə tutulan pullar var.
Videogörüntü 2020-ci ildə deputat Yuri Renise tərəfindən yayılıb. 2020-ci il iyun ayının sonunda Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu yoxlama zamanı heç bir cinayət tərkibinin aşkar olunmadığını bildirərək, videoçəkilişlər əsasında cinayət işi başlamaqdan imtina edib.
Mayın 17-də Kişinyov Apellyasiya Məhkəməsi 2019-cu ildə Dodona qarşı cinayət işi başlamaqdan imtina edən Kişinyov məhkəməsinin, habelə Korrupsiyaya Qarşı Mübarizə Baş Prokurorluğunun keçmiş rəis müavini Vasili Levitskinin bu məsələ ilə bağlı qərarını ləğv edib.
“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev İB-in məsul şəxslərinin həbsi barədə xəbərlərə aydınlıq gətirib.
Kifayət qədər sosiallaşmış Birliyin bu istiqamətdə əsas məqsədi baş verən proseslərə, problemlərə dərhal və adekvat reaksiya verməkdir ki, bunun da müsbət nəticələri ən müxtəlif səviyyələrdə etiraf olunmaqdadır. Söz yox, insan faktoru olan yerdə yüz faizlik nəticədən danışmaq bütün hallarda absurddur. Ancaq nöqsanların aradan qaldırılması istiqamətində ciddi şəkildə cəhd etdiyimizə sizi əmin edirəm. İstehsalat Birliyinin qapıları hər zaman media, bloger və QHT nümayəndələrinin, eləcə də sadə vətəndaşların üzünə açıqdır. Yəni istənilən sualın cavabı özünü çox gözlətdirmir.
Təəssüf ki, bütün bunlara baxmayaraq yenə də, dəqiqləşdirilməmiş, dedi-qodu motivli informasiyalar dövriyyəyə buraxılır ki, bu da ictimai rəyin çaşdırılmasına xidmət edir”.
O, qeyd edib ki, bu da SOCAR “Azəriqaz” İB-nin işgüzar nüfuzuna təsirsiz ötüşmür: “Biz xidmət sahəsi olaraq ölkədə inhisarçı nüfuza malikik. Amma bu inhisarçılığın mahiyyətində diktə etmək, korporativ maraqlar əsla dayanmır. Biz xidmətimizi dövlət qurumu olaraq özümüzə borc və vəzifə bilirik. Odur ki, sizdən təvəqqe edirik, şayiələrə köklənməyək və yolumuza qarşılıqlı etimad əsasında davam edək”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçimi ilə bağlı idarə heyətinin ümumi iclası 31 may tarixində keçiriləcək.
Qeyd edək ki, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatından sonra Xalq artisti Rasim Balayev AKİ-nin sədrliyinə namizəd kimi təqdim olunub və idarə heyəti Rasim Balayevin namizədliyini yekdilliklə təsdiq edib.APA
İnsan orqanlarının alqı-satqısına görə cərimələrin artırılması təklif olunur.
Belə ki, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı 6000 manatdan 9000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətdə islah işləri və ya 3 ilədək müddətdə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin əsasən, insan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hazırda qüvvədə olan Cinayət Məcəlləsinə əsasən zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə insan orqanlarının və ya toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu sahədə əlavə olaraq daha bir cəza müəyyənləşir. Beləliklə, şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcbur etməyə görə 2 ilədək müddətdə islah işləri də cəzalandırma tətbiq olunacaq.
Eyni zamanda layihəyə əsasən, həmin əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və s. cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Həmin əməl ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətdə müəyyən müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Moskva Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində vəziyyətin gərginləşməsindən narahatdır.
“Biz Tacikistanın rəsmi hakimiyyət orqanlarının respublikanın Dağlıq Bədəxşan Muxtar Vilayətində cinayətkar ünsürlərin və onlara qoşulmuş ekstremistlərin təxribatına səbəb olan gərginliyin artması barədə məlumatı narahatlıqla qəbul etdik.
İlkin məlumata görə, ölənlər arasında Rusiya Federasiyası vətəndaşları yoxdur. Tacikistan hakimiyyəti vəziyyəti sabitləşdirmək və hadisə yerində ola biləcək Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyini vəd edir”, – Zaxarova söyləyib.
Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstandan nümunə götürərək Kremldən KTMT qoşunlarının Ermənistana göndərilməsini istəyib.
Mənbənin sözlərinə görə, KTMT-nin Moskva sammiti ərəfəsində (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hazırda Ermənistan sədrlik edir) Paşinyan KTMT-yə rəsmi sorğu göndərib.
“O, Moskvaya Təşkilat üzvlərindən təminat almaq üçün gəlib: İrəvanda vəziyyət Qazaxıstan ssenarisi üzrə inkişaf etsə, o zaman Rusiya və KTMT-nin digər üzvləri qoşun yeridəcək, iğtişaşları yatıracaq və Paşinyanın hakimiyyətdə qalmasına kömək edəcək. İddialara görə, hazırda ölkədə millətçi hərəkat güclənir və bu dövlətin konstitusiya quruluşunu təhdid edir. Buna görə də Təşkilatın Ermənistana hərbi kontingentin göndərilməsi ilə bağlı qərarı zəruridir”, – Rusiya Prezidenti Administrasiyasındakı mənbə bildirib.
Məlumata görə, Prezident Administrasiyasında Paşinyanın xahişi rədd edilib və onun özündən xahişi geri götürməsi tələb olunub, əks halda Ermənistan tərəfinə bunun rəsmi olaraq gündəmdən çıxarılacağı vəd edilib.
Başqa bir məlumata görə, Prezident Administrasiyasının cavabından sonra Ermənistanın baş naziri birbaşa Vladimir Putindən dəstək almağa çalışıb.
“Amma burada da ona rədd cavabı verilib. Paşinyanla ikitərəfli görüş tədbirin sonuna qədər təxirə salınıb və Ermənistan prezidenti Putinlə görüş üçün beş saat gözləyib, lakin sonda problemini rusiyalı hərbçilərinin köməyi ilə həll etməyə razılıq verməyib” , – deyə mənbə bildirib.
Oxu.az