• Şikayət et

Zaxarova Merkeli hədələdi

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova Almaniyanın sabiq kansleri Angela Merkelin “Die Zeit” qəzetinə verdiyi müsahibəyə münasibət bildirib.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, XİN rəsmisi Merkelin müsahibə zamanı söylədiyi fikirlərdən tribunal çərçivəsində istifadə edilə biləcəyini deyib.

“Merkelin Minsk razılaşmalarının imzalanması barədə açıqlamalarını tribunalda istifadə etmək olar”, - deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Almaniyanın keçmiş kansleri Angela Merkelin Minsk razılaşmalarının “Ukraynaya vaxt vermək” üçün imzalandığı barədə sözləri Berlinin və kollektiv Qərbin onları yerinə yetirmək fikrində olmadığını təsdiqləyir.

Diplomat Merkelin “Die Zeit” qəzetinə müsahibəsinə diqqət çəkib və o, Minsk razılaşmalarının “Ukraynaya güclənmək üçün vaxt vermək cəhdi” olduğunu bildirib. Keçmiş kansler “NATO ölkələrinin o zaman Ukraynaya kömək etmək üçün indi etdikləri kimi edə biləcəyinə” şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, münaqişənin dondurulduğu və problemin həll olunmadığı hamıya aydın idi, amma bu, Ukraynaya əvəzsiz vaxt verdi.

Zaxarovanın bildirib ki, bu bəyanatlar Berlin və müvafiq olaraq, bütün Qərbin Minsk razılaşmalarını yerinə yetirmək niyyətində olmadığını sübit edir.

Qeyd edək ki, Angela Merkel “Die Zeit” qəzetinə müsahibəsi zamanı Minsk razılaşmalarının Ukraynaya hərbi baxımdan hazırlaşmaq üçün vaxt qazanmaq məqsədilə imzalandığını bildirib.

Tunar Altunbay

Mənbə:
0
118
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar