• Şikayət et

Yayın istisində necə qidalanmalı və hansı qidalardan uzaq durmalı...

Sağlam qidalanma hamı üçün vacibdir. Qışda, soyuq aylarda qidalanmanın verdiyi zərərlər özünü çox da biruzə etməsə də, yayda istehlak edilən qidalar sağıamlığa dərhal təsir edə bilir. Qızartmalar, “fast-food” qidalar, yağlı yeməklər yay aylarında daha çox zərər verə bilir.

Bəs yay aylarında necə qidalanmaq lazımdır ki, sağlamlığa faydalı olsun? Bizimyol.info xəbər protalının bu sualını dietoloq Aynurə Məmmədova cabablandırıb.

“Mütəxəssislər qocalmanın əlaməti olan dəri qırışlarının, hərəkətsizliyin, zəifliyin və yaddaşın zəifləməsinin səbəbinin orqanizmdə bəzi antioksidant təsirli kimyəvi maddələrin çatışmazlığı olduğunu bildirirlər. Bu səbəbdən də yay aylarında istehlak eidlməsi vacib hesab edilən qidalar var. Bura qarpız, gavalı, şaftalı, ərik və s. meyvə -tərəvəz aiddir.

Məsələn qarpız, həm likopen, həm vitaminlər, həm də minerallarla zəngin, antioksidant qabiliyyəti yüksək olan yay meyvəsidir. Gavalı yüksək antioksidant tutumu ilə yanaşı, detoksifikasiya gücü ilə də əhəmiyyətli dərəcədə yaşlanma əleyhinə qidadır. Şaftalı və ərik isə tərkibində C vitamini və çoxlu flavonoidlər olan meyvələrdir. Zəngin lif və beta-karotin tərkibi ilə çox faydalıdırlar. Çiyələk, albalı, itburnu və qarağat kimi antosianinlə zəngin meyvələr, brokoli, üzüm, xüsusilə güclü antioksidantlar olan oliqomerik poantosianidlərin etibarlı mənbəyidir. Üzümün qabığı, tərkibi və çəyirdəyində təxminən 20 fərqli antioksidant maddənin olduğu bildirilir. Xüsusilə qara üzüm sağlamlıq üçün faydalıdır”,- deyə dietoloq bildirib.

Onun sözlərinə görə, pomidor yaşlıların fiziki və ruhi sağlamlığının qorunmasında son dərəcə təsirli olan antioksidant olan likopenin ən zəngin mənbəyidir. Likopen xərçəng riskini azaldır, qan damarlarınızı qoruyur, dərinizi və yaddaşınızı dəstəkləyir.

Soğan, xüsusilə qırmızı soğan güclü bir sağlamlıq qoruyucudur. Xərçəngə qarşı əhəmiyyətli bir qoruma təmin edən antioksidant kuarsetin baxımından ən zəngin qidalardan biridir. Soğan həm də infeksiyalardan qoruma gücünə malikdir.

Dietoloq bildirir ki, yayda su və mineral su qəbulunu da artırmaq lazımdır. “Yayda daha çox tərlədiyimiz üçün qışdan daha çox su itiririk. Su və mineral su qəbul edərək, bu itirilmiş mayeləri sağlam şəkildə artıra bilərik. Bol su istehlakı ilə dəri sağlamlığından tutmuş psixoloji problemlərə qədər bir çox problemi aradan qaldıra bilərik. Zəiflik, yorğunluq və baş ağrısı kimi narahatlıqlar daha çox su istehlak etməklə aradan qaldırıla bilər”,- deyə o əlavə edib.

A. Məmmədova yay aylarında qazlı içkilərədn uzaq olmağı tövsiyə edir. Onun sözlərinə görə, tərkibindəki yüksək şəkərlə sağlamlığa zərərli olan qazlı içkilər isti günlərdə orqanizminizə xeyirdən çox zərər verir. Qazlı içkilər qəbul etmək əvəzinə, mineral su, təzə sıxılmış meyvə şirələri, ayran, soyuq Yaşıl Çay içə bilərsiniz. Dietoloq dondurmanı da evdə hazırlamağı tövsiyə edir.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı son illərdə həftədə 500 qramdan çox ət istehlakının sağlamlığa mənfi təsir göstərə biləcəyiтш bildirir. Eyni zamanda kolbasa, sosiska kimi emal olunmuş ətləri kanserogen xüsusiyyətlərə malik ola biləcəyi üçün diqqətlə istehlak edilməsi lazım olan məhsullar sırasına daxil edib.

“Zülal qaynağı olan qırmızı ətdən faydalanmaq üçün ilk növbədə miqdarına diqqət yetirmək lazımdır. Ancaq həftəlik ət istehlakının miqdarı gündəlik istehlak miqdarından çox daha əhəmiyyətlidir. Bu səbəbdən həftəlik ümumi istehlak miqdarı balanslaşdırılmış şəkildə günlərə bölünməlidir. Beləliklə, düzgün bəslənmə üçün zərurш olan zülal qəbuluna qatqı təmin etməklə yanaşı, həddindən artıq ət istehlakından yarana biləcək sağlamlıq problemlərinin də qarşısını alacaq”,- deyən A.Məmmədova bildirir ki, həddindən artıq qırmızı ət yemək mədə мэ öd kisəsi problemləri, qəbizliyə, oynaq ağrıları və böyrək daşlarının artmasına, xolesterinin yüksəlməsinə səbəb ola bilər.

Ətin edə biləcəyi mənfi təsiri azaltmaq üçün həmişə onu tərəvəz və meyvələrlə yeyin. İstehlak etdiyiniz ətin mümkün qədər yağsız olmasına diqqət edin. Həzmi asanlaşdırmaq və həzm problemlərini minimuma endirmək üçün əti yaxşıca çeynəyin. Qaynadılmış ətə üstünlük verin. Qəbizliyin qarşısını almaq üçün gündə 8-10 stəkan su için. Həzmi çətinləşdirdiyi üçün yatmadan 4 saat əvvəl ət istehlak etməməyə çalışın. Ətlə yüksək kalorili qidalar qəbul etməyin. Gün ərzində mümkün qədər çox hərəkət etməyə diqqət yetirərək həzm sisteminizə kömək edin.

Balıq və toyuq ətinə də önəm verin. Belə olan halda yayda sağlam qidalanmış olacaqsınız. Meyvə-tərəvəzlə zəngin qidalanma sizi kökəlməkdən və digər xəstəliklərdən qoruyacaq. Yayda şirniyyatları da azaltmaq tövsiyə edilir. Bunun əvəzinə daha çıox südə və süd məhsullarına önəm vermək olar.

İlahin, Bizimyol.info

Mənbə:
0
177
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar