Xudafərin və Qız Qalası hirdoqovşaqları üzərində SES-lər tikiləcək

Tərtərçay, Həkəriçay və onların qollarının yüksək hidroenerji potensialı var. Əfsus ki, mənfur düşmən tərəfindən tikilmiş kiçik su elektrik stansiyalarında heç bir ekeloji normalar gözlənilmədən istismar edilib və onlar yararsız hala salınıb. AzVision.az xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Təbriz Əmmayev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib. O bildirib ki, hazırda bu stansiyaların bərpası üzrə planlar həyata keçirilir:

"Əməli nəticələr artıq əldə edilib. Həmin ərazidə sənaye həcmli su elektrik stansiyasının tikintisi üzrə layihələr həyata keçirilməsi üzrə danışıqlar gedir. Əsas Xudafərin və Qız Qalası hirdoqovşaqları üzərində 140 meqabat gücündə su elektrik stansiyasının tikintisi planlaşdılır ki, bu da illik 358 milyon kilovat saat elektrik enerjisinin istehsalı deməkdir. Bu stansiyalar 110 min ev təsərrüfatlarının elektrik enerjisi ilə təmin etməyə qadir olacaq. Eyni zamanda, zamanda ərazini təmiz enerji ilə təmin etmək üçün həyata keçirilən layihələr öz nəticələrini verir".

Aytən Zəhra

 

Mənbə:
0
69
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar