• Şikayət et

Valideynlərin təhsil prosesinə cəlb olunması mövzusu maraqlı ictimai müzakirələrə yol açdı – Elnur Nəsibov

Valideynlərin təhsil prosesinə cəlb olunması mövzusu maraqlı ictimai müzakirələrə yol açdı. Mövzu ilə bağlı cəmiyyətimizdə yekdil bir fikir olmadığı üçün digər ölkələrin təcrübəsinə nəzər yetirmək faydalı ola bilər.

Bu fikirləri Təhsil nazirinin müşaviri Elnur Nəsibov Sosial şəbəkəsindəki hesabında bildirib:

İlk ağlıma gələn təcrübə qardaş Türkiyə Respublikası oldu. Son illərdə Türkiyə Respublikasının təhsil sisteminin və nəticələrinin inkişafında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Beynəlxalq qiymətlərndirmə proqramlarında, o cümlədən PİSA və TİMSS nəticələrinə əsasən Türkiyə təhsil sistemi dayanıqlı inkişaf göstəriciləri təqdim edir. Bəs Türkiyədə təhsil sistemi necə təşkil olunub, təhsil prosesinə valideynlər və digər maraq qrupları necə cəlb olunur, təhsilin inkişafı hansı vəsaitlər hesabına baş verir kimi suallara cavab tapmaq üçün qısa bir araşdırma etdim. Nəticələr həqiqətən də maraqlı oldu.

Türkiyədə məktəbəqədər təhsil bağçalar, azyaşlılar üçün siniflər və tətbiqi siniflər vasitəsilə təmin olunur. Təhsil alanlara maliyyə dəstəyi şagird sayı, sinif sayı və məktəblərin sayına uyğun olaraq regionlara əsasən təqdim edilir. Müəllimlər və qeyri-pedaqoji heyətin əmək haqqları, tədris materialları və digər inzibati xərclər təhsil müəssisəsində qeydiyyatdan keçmiş təhsilalanların sayına uyğun olaraq standard qaydada dövlət büdcəsindən ödənilir. Bununla yanaşı, valideynlər, şəhər şuraları və meriyaların büdcəsi, layihə fondları, ianələr, bələdiyyə və digər inzibati qurumların maliyyə dəstəyi kimi maliyyə resursları təhsil müəssisələrinin fəaliyyəti və inkişafında mühüm rol oynayır.

İbtidai təhsil 4 il müddətində icbari qaydada təşkil edilir. Şagirdlər ibtidai təhsili dini məktəblərdə və ya dünyəvi ibtidai məktəblərdə alırlar. Bu məktəblər əsasən dövlət büdcəsi tərəfindən maliyyələşdirilsə də, ianə fondlarından və yerli əyalət inzibati qurumlarının xüsusi fondlarından da maliyyə vəsaiti qəbul edirlər.

Türkiyənin təhsil sistemində diqqətimi cəlb edən digər bir məsələ, Avropa və Amerika məktəblərindən fərqli olaraq, təhsil müəssisələrində muxtariyyətin böyük olmamasıdır. Türkiyə milli təhsil sisteminin mərkəzləşmiş struktura malik olması səbəbindən məktəbəqədər, ibtidai və ümumi orta təhsil məktəbləri birbaşa olaraq Milli Təhsil Nazirliyinə (Milli Eğitim Bakanlığı – MEB) tabedir və maliyyələşmə baxımından məhdud muxtariyyət səlahiyyətlərinə malikdirlər.

MEB-2023 Təhsilə Baxış strateji sənədində qeyd olunur ki, məktəblərə, xüsusən də inkişaf səviyyəsi və nəticələr baxımından geri qalan məktəblərə müxtəlif meyarların və məktəbin inkişaf planının əsasında Məktəb İnkişafı Büdcəsi ayrılır. Bu vəsait birbaşa məktəb tərəfindən istifadə edilə bilməz, yalnız mərkəzi qurum tərəfindən nazirliyin tabeliyində olan yerli təhsil şöbələrinə köçürülür və istifadəsi icra olunur. Bundan əlavə, xüsusi təhsil siniflərinə ayrıca maliyyə dəstəyi verilir.

Davamı var.

Mənbə:
0
4377
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar