• Şikayət et

"Uzun illər ərzində neft-qaz sahəsinə milyardlarla sərmayə qoyulub"

“İnvestisiya üçün ən doğru zaman və yaxud məqam deyilən bir şey vardır və bu, hardasa marketinq məsələsidir. Ümumiyyətlə, investorlar həmişə daha az vəsait qoyub, daha çox, özü də ki, mümkün dərəcədə qısa müddət ərzində gəlir götürmək istəyirlər və buna can atırlar. Bu isə ancaq, xammal sektorunda mümkündür. Odur ki, istənilən potensial investor real şərait olan hər yerdə və zamanda bu addımı atır. Söhbət, neft-qaz sektorundan, məsələn, qızıldan və şairədən gedir. Adi bir mir misal çəkim: keçən əsrin 90-cı illərində Azərbaycan yenicə müstəqillik əldə etmişdi və sözügedən illərin əvvəllərində ölkəmizdə hərc-mərclik hökm sürürdü. Amma xarici şirkətlər həmin illərdə Bakıda neft danışıqları aparırdılar və ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan dərhal sonra "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsinə dair müqavilə bağladılar. Hansı ki, həmin müqavilə ölkəmizin sonrakı inkişafında bünövrə rolunu oynadı”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov danışıb. Onun sözlərinə görə, bu gün isə, Azərbaycan qüdrətli dövlətə çevrilsə də, ölkədə o vaxtdan yaradılan siyasi sabitlik daha da möhkəm xarakter daşısa da, hətta işğal olunmuş ərazilərimizi geri qaytarmış olsaq da belə, investor qıtlığı var sanki. Bu da özünü xüsusən qeyri-neft-qaz sektorunda daha əyani göstərir.

 

Pərviz Heydərov

İqtisadçı qeyd edib ki, uzun illər ərzində ölkəmizdə neft-qaz sahəsinə milyardlarla dollar sərmayə qoyulub. Və bunun nəticəsidir ki, enerji sahəsində biz, bu gün həm xam neft, həm təbii qaz, həm neft məhsulları və həm də elektrik enerjisi ixrac edən ölkəyik.

“Ölkə hökumətinin və dövlətimizin investisiyaların ən çox şəkildə və həcmdə məhz qeyri-neft sektoruna qoyulması çoxdan əsas prioritetlərindən birinə çevrilmişdir. Ona görə də Azərbaycanda investisiyalar üçün əlverişli mühiti və şəraitin olduğunu inamla söyləyə bilərik. Sadəcə olaraq, hazırda dünyada ümumi vəziyyət riskli sayılır və investorlar hamısı gözləmə mövqeyindədirlər” - deyə ekspert bildirib.

“Ümumiyyətlə, dövlətin və hökumətin qarşısında duran vəzifələrdən biri odur ki, qeyri-neft sektoruna daha çox xarici investisiyalar cəlb olunması üçün həyata keçirilən müvafiq stimullaşdırıcı iqtisadi kurs və siyasət daha sürətlə davam etdirilsin və getdikcə daha geniş xarakter daşısın. Bu da asan məsələ deyil. Ona görə ki, hər bir xarici investor digər ölkəyə kapital qoyanda bayaq qeyd etdiyim kimi ən çox daha tez gəlir gətirən sahəni seçir. Bu isə xammal sektorudur. Qeyri-neft sektoruna gəldikdə, xarici investorların bu sahəyə daha çox meyl göstərməsi üçün ölkədə sabitlik, mövcud potensial, qanunvericilikdə təminat, məhkəmə sistemində vəziyyət və sair kimi amillər qarant rolunda çıxış edir”,- deyə Pərviz Heydərov qeyd edib.

İlahin, Bizimyol.info

Mənbə:
0
127
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar