• Şikayət et

Ukraynada Rusiyaya məxsus mülklər müsadirə ediləcək

Ukrayna Ali Radası Prezident Vladimir Zelenskinin Ukraynadakı Rusiya mülklərinin müsadirəsi ilə bağlı fərmanını təsdiqləyib.

Ednews xəbər verir ki, parlamentin 334 deputatı qanun layihəsinin lehinə səs verib.

Sənədin qəbul edilməsi üçün minimum 226 səsə ehtiyac olub.

Qanun layihəsi mülkiyyət hüquqları Rusiya Federasiyası və onun sakinlərinə məxsus olan obyektlərin müsadirəsinə imkan verir.

Mənbə:
0
122
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar