• Şikayət et

"Ukrayna alındı, indi qaldı NATO ilə müharibə” - Simonyan xəyal dünyasında

“Rusiya Ukraynanı bir il əvvəl – işğalın ilk günlərində, Qostomeli tutanda məğlub edib”.

Bunu “Vladimir Solovyovla bazar günü axşamı” verilişinin efirində erməni əsilli rusiyalı təbliğatçı Marqarita Simonyan deyib.

“Biz ilk iki-üç gündə Ukraynanı məğlub etdik. Qostomeli alanda, əslində Ukraynanı tamamilə tərksilah etdik, onun əsas hərbi qüvvələrini məhv etdik”, – Simonyan deyib.

Təbliğatçı Rusiya ilə NATO qarşıdurmasını İkinci Dünya və Böyük Vətən müharibəsi ilə müqayisə edib:

“İndi Ukrayna ərazisində NATO ilə müharibə gedir. Bu müharibə isə bizim üçündür, bu çağırışdır. Allaha şükür ki, güc İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsindən fərqli olaraq bizim yanımızdadır”, – deyə Simonyan ümidini itirməyib

O qeyd edib ki, Rusiyanın bu müharibədə müttəfiqi yoxdur, yalnız “xeyirxah müşahidəçilər” var:

“Çin, Hindistan, ərəb dünyası, Latın Amerikası, onlar Rusiya Federasiyasının tərəfini tutmaqdan çəkinirlər”.

Mənbə:
0
304
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar