• Şikayət et

"Türkiyəyə F-35 verməliyik" - ABŞ komandiri

Qərb mətbuatı Türkiyə ilə Yunanıstan arasındakı gərginliklə bağlı təəccüblü təhlil yazısı dərc edib. SİA-nın Türkiyənin "aksam.com.tr" saytına istinadən verdiyi xəbərə görə, iki NATO ölkəsinin onilliklərdir quru və hava məkanı iddiaları ilə bağlı qarşıdurmada olduğu bildirilərkən, Qərb mətbuatına açıqlama verən ekspertlər Ukraynanın işğalı zamanı Rusiyaya qarşı birliyə diqqət yetirməyi tələb edən hazırkı gərginliyin yayılma riski daşıdığını bildiriblər.

ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti üzrə keçmiş köməkçisi Cim Taunsend deyib: "Bu iki xalqın razılaşa biləcəyi bir şey tapmaq üçün bacarıq və müəyyən təsir imkanları olan bir vasitəçi lazımdır. Amma mən bunu üfüqdə görmürəm".

2013-2016-cı illərdə NATO müttəfiqi komandiri vəzifəsində çalışmış ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalı Filip Bridlav Türkiyə ilə Yunanıstan arasında uzun müddətdir davam edən problemlərin daha da artdığını və zamanla səngidiyini bildirib: "Türkiyə rəhbərliyi ölkəni müəyyən istiqamətlərə sürükləyir və bu gərginlik illər ərzində olduğu kimi yenidən artıb".

Bridlav əlavə edib ki, NATO və ABŞ keçmişdə oxşar gərginliyi idarə ediblər. Ekspertlər təklif edirdilər ki, gərginlik düşmənçilik səviyyəsinə qalxarsa, Rusiya prezidenti Vladimir Putin bundan yararlana bilər. Türkiyə ilə ABŞ arasında münasibətlərin yenidən yaxşılaşacağını düşünən Taunsend və ABŞ generalı Bridlav Türkiyənin tələb etdiyi F-16-ları ABŞ-ın təmin edəcəyini təxmin etdiklərini bildiriblər.

Mənbə:
0
840
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar