• Şikayət et

Türkiyədə yeni ağıllı və sürətli enerji qurğuları istifadəyə veriləcək

Bakı. Trend:

Türkiyənin "Otomobili Girişim Grubu Sanayi ve Ticaret A.Ş."(TOGG) şirkətinin yeni ağıllı və sürətli enerji doldurma qurğuları(TRUGO) markası ölkədə bütün elektrikli avtomobil istifadəçilərinəxidmət göstərəcək.

TurkicWorld-un məlumatına görə, şirkət Enerji BazarınınTənzimlənməsi Qurumundan (EPDK) enerji doldurma şəbəkəsi operatorulisenziyası alıb.

Məlumata görə, 2023-cü ilin ortalarına qədər şirkət 81 vilayətdə600-dən çox nöqtədə 1000 sürətli enerji doldurma qurğularıquraşdıracaq.

Qeyd edək ki, hazırda Türkiyənin 269 bölgəsində Eşarj şirkətinəməxsus 258-i sürətli enerji doldurma qurğusu olmaqla 496 qurğufəaliyyət göstərir.

Şirkətin başlatdığı "Elektrikli Avtomobillər üçün SürətliDoldurma Stansiyaları Proqramı" çərçivəsində Türkiyənin 53vilayətində 495 yüksək sürətli enerji doldurma qurğusuqurulacaq.

 

Eşarj stansiya şəbəkəsinə təxminən 300 milyon lirə sərmayəqoyulacaq.

Türkiyədə enerji doldurma qurğularının sayının 2023-cü ildə 54minə, 2030-cu ildə 1,1 milyona, 2040-cı ildə isə 4,8 milyonaçatacağı təxmin edilir.

2022-ci ilin əvvəlindən ölkədə elektrik avtomobilindən istifadəedənlərin sayı on mini ötüb. 2023-cü ildə bu rəqəmin 20 minəçatacağı gözlənilir.

Elektrik avtomobillərinin bazar pay 2022-ci ilin yanvar-iyunaylarında 0,8 faiz olub, 2023-cü ilin sonunda bu rəqəmin 1 faizikeçəcəyi ehtimal olunur.

Mənbə:
0
2422
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar