• Şikayət et

Türkiyədə müxalifət prezidentliyə vahid namizəd axtarır

Gücləndirilmiş parlament sistemini dəstəkləyən 6 müxalifət partiyasının liderləri seçkilərlə bağlı yol xəritəsinə dair əldə edilən irəliləyişləri və qarşıdan gələn proseslə bağlı görüləcək işləri müzakirə etmək üçün bazar günü axşam beşinci dəfə bir araya gələcək.

Bizimyol.info xəbər verir ki, bu çərçivədə liderlərin masasında “gücləndirilmiş parlament sisteminin konstitusiyası” olacaq. Bu görüşdə “vahid namizədin adı” və “seçki ittifaqı” məsələlərində konkret addım gözlənilməsə də, CHP-nin kulislərində “namizədin adı deyil, təsviri bəlli olacaq” şərhi verilir.

 

Meral Akşener

CHP sədri Kamal Kılıçdaroğlu, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, DEVA Partiyasının sədri Əli Babacan, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu və Demokrat Partiyasının sədri Gültekin Uysal bazar günü axşam İYİ Partiyanın sədri Meral Akşenerin ev sahibliyi ilə bir araya gələcək.

Bizimyol.info

Mənbə:
0
160
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar