• Şikayət et

Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı artmaqda davam edir

Bakı. Trend:

2022-ci ilin yanvar-iyun aylarında Türkiyədə Azərbaycan kapitalıilə 160 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrüilə müqayisədə 36 şirkət çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından(TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə qeydiyyata alınanAzərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycanşirkətlərinin məcmu kapitalı 56,5 milyon türk lirəsi olduğu halda,2021-ci ilin eyni dövründə bu rəqəm 37,2 milyon türk lirəsi təşkiledib”, - deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-iyun aylarındaAzərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (131) qeydiyyataalınıb.

“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumikapitalı 40,9 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-danbildiriblər.

 

Qeyd olunub ki, 2022-ci ilin yanvar-iyun aylarında TürkiyədəAzərbaycan kapitalı ilə 13 sənaye, 8 tikinti, 77 topdan vəpərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirakedir.

Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Azərbaycan kapitallı 237şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 63,2 milyon türklirəsi olub.

2021-ci ildə ən çox Azərbaycan kapitallı şirkət İstanbulda qeydəalınıb.

Mənbə:
0
2511
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar