• Şikayət et

Təyyarədə qeyri-adi olay: "İsa peyğəmbər belə istəyir"

ABŞ-ın Texas ştatından Ohayoya uçan "Southwest Airlines" şirkətinə məxsus sərnişin təyyarəsində qeyri-adi hadisə yaşanıb. Təyyarə havada olarkən 34 yaşlı Elom Agbegninou adlı sərnişin qəfildən çıxış qapısını qucaqlayıb və onu açmaq istəyib. Qadın onu dayandırmağa çalışan stuardessaları və sərnişinləri dişləməyə başlayıb.

Daha sonra başını təyyarənin döşəməsinə çırparaq Ohayoya İsa peyğəmbərin göndərdiyini və qapını açmasını əmr etdiyini deyib.

Təyyarə ağlasığmaz hadisəyə görə təcili eniş etməli olub və mühafizəçilər içəri daxil olaraq qadının qollarını qandallayıb çölə çıxarıblar.


 

Mənbə:
0
48
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar