• Şikayət et

“Tərbiyəsiz müğənnilərin diskləri daha çox satılır” - VİDEO

Əməkdar artist Teymur Əmrah yeni açıqlaması ilə gündəmə gəlib.

MTV Azərbaycanda yayımlanan "Tarixin bir günü” proqramına qonaq olan musiqiçi "tərbiyəsiz" ifaçıların disklərinin daha çox satıldığını bildirib:

"O vaxtlar yadınıza gələr, bəzi studiyalar orijinal disklər buraxırdılar. Orada klassik şöbənin rəhbəri mən idim. Rəşid Behbudov, Şövkət Ələkbərova, Əlibaba Məmmədov kimi sənətkarların disklərində təşkilatçı olaraq mənim adım qeyd edilirdi.

Bir gün bir alıcı gəlib toy müğənnisinin diskini soruşdu. O, tərbiyəsiz müğənni idi. Musiqi də "tərbiyəsiz” idi. Dedi ki, "Bunun diski yaxşı satılır, yoxsa Rəşid Behbudovun diski?” Satıcının cavab verə bilmədiyini görüb dedim ki, o, hər il mahnı oxumalıdır ki, gündəmdə qalsın və diskləri daha çox satılsın. Amma Rəşid Behbudovun diskləri isə az-az satılır, hər zaman satılır”.

Mənbə:
0
5647
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar