• Şikayət et

Sumqayıtda avtobus kartlarındakı problem davam edir: Sürücü ilə sərnişin arasında mübahisə – VİDEO

Sumqayıt şəhərində fəaliyyət göstərən marşrutlardakı kart problemi hələ də davam edir.Yeniavaz.com xəbər verir ki, mətbuatda və sosial şəbəkələrdə mövcud problemlə bağlı dəfələrlə narazılıqlar bildirilsə də, nasazlıq həll edilməyib.
Belə ki, sərnişinlər kartlarına pul yükləyir, amma həmin puldan istifadə edə bilmirlər. Həmin kartlarla marşrutda ödəniş etmək mümkün olmur. Buna görə də avtobus sürücüləri ilə sərnişinlər arasında mübahisə baş verir.
Sumqayıt şəhərində yaşayan vətəndaş redaksiyamıza video göndərib.
Görüntülərdə sərnişinin kartla ödəniş etmədiyini əsas gətirən sürücünün avtobusu sürmədiyi görünür.
Sürücü kartla ödənişin keçərli olmadığını, sərnişin isə karta pul yüklədiyini deyir. Nəticədə isə mübahisə başlayır.
Həmin görüntüləri təqdim edirik

Mənbə:
0
5503
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar