• Şikayət et

Sülh sazişinə doğru proses başlayıb - VİDEO

Brüssel görüşünün nəticələrinə uyğun olaraq Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə milli komissiya, eləcə də iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibi müəyyən edilib və işçi qrupla “Bakı-İrəvan” formatında mayın 16-17-də Rusiyanın paytaxtı Moskvada görüşün keçirilməsi nəzərdə tutulur. Sözsüz ki, sülh sazişi ilə bağlı danışıqlarda Ermənistanla birbaşa təmaslara çalışan ölkəmiz, ilk növbədə müzakirələr üçün təqdim etdiyi 5 prinsipi əsas götürür. İkili formatda keçirilməsi planlaşdırılan görüşdən gözləntilər də böyükdür və birbaşa münaqişə tərəflərinin təmaslarının artıq danışıqlara da konkretlik qazandıracağına ümid edilir.

Ermənistanda hazırda hökm sürən daxili siyasi proseslər sülh müqaviləsini bir qədər gecikdirsə də gedişat onu göstərir ki, sazişin imzalanması heç də uzaqda deyil. İlkin olaraq isə həll olunmamış bütün humanitar məsələlərin tam və çevik həllinə ehtiyac var.

Mahiyyətcə, Bakı-İrəvan formatında danışıqların razılaşdırılması deməyə əsas verir ki, sülh sazişinə doğru proses artıq başlayıb.

Mənbə:
0
132
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar