• Şikayət et

Spikerin İsveçrə səfəri hesabatı - VİDEO

Milli Məclisin bu gün keçirilən iclasının əvvəlində parlamentin sədri Sahibə Qafarova deputatlara özünün İsveçrəyə rəsmi səfəri barədə məlumat verdi. Spiker dedi ki, İsveçrədə bir səra görüşlər keçirib, görüşlərdə ölkələrimizin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib. İsveçrənin ali vəzifəli şəxsləri öz ölkələrinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını nəzərə çatdıraraq, dövlətimizin ərazi bütövlüyünü hər zaman dəstəklədiyini xüsusi vurğulayıblar.

Nümayəndə heyətinin üzvü, millət vəkili Vahid Əhmədovu 44 günlük Vətən müharibəsindəki qələbədən sonra İsveçrənin Azərbaycana qarşı münasibətinin yaxşı mənada dəyişməsi təəccübləndirib.

Qeyd edək ki, Milli Məclisin nümayəndə heyətinin İsveçrə Konfederasiyasına səfəri mayın 9-dan 11-dək davam edib.

 

Mənbə:
0
100
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar