• Şikayət et

"Söz verirəm" - "Qalatasaray" prezidenti

Spor Toto Super Liqanın 6-cı həftəsində səfərdə "Kasımpaşa"nı 3-2 məğlub edən "Qalatasaray"ın prezidenti Dursun Özbek matçdan sonra açıqlamalar verib. SİA xəbər verir ki, qələbədən xoşbəxt olduğunu və komandanın çox yaxşı oynadığını ifadə edərək çıxışına başlayan Dursun Özbek, “Daha çox qol vuran bir "Qalatasaray" izləyəcəyik. Bu gün bunun əlamətləri görünür. Oyunçuları və texniki heyəti təbrik edirəm. Bu il yaxşı "Qalatasaray" olacaq" deyib.

Liqanın uzun bir marafon olduğunu sözlərinə əlavə edən Özbek, “Liqa uzun bir marafondur və biz yalnız başlanğıcdayıq. İndi çempionatdan danışmaq düzgün olmazdı. Komandanı 26-ya yaxın futbolçu tərk edib, 13 yeni futbolçu gəlib. Biz yeni komandayıq. Komandanın bir-birinə alışması üçün müəyyən vaxt lazım olacaq. Bu müddət ərzində yaxşı futbol izləmək istəyirik. Söz verirəm ki, tam məhsuldarlıq əldə edildikdə, tamamilə fərqli bir "Qalatasaray" izlənəcək”.

Mənbə:
0
814
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar