• Şikayət et

Siniflərin birləşdirilməsindən narazılıq - VİDEO

Bir tərəfdə boş sinif otaqları digər tərəfdə isə şagirdlərin yolunu həsrətlə gözləyən müəllimlər. Görüntülər Qusarın Əvəcuq kənd tam orta məktəbindəndir. Təqdirəlaiq olmayan mənzərənin yaranmasına səbəb isə 1 və 2-ci sinifdə oxuyan şagirdlərin valideynləri tərəfindən məktəbə göndərilməməsidir. Belə ki, yeni tədris ilindən məktəbin adıçəkilən sinifləri birləşdirilib. Valideynlər isə hesab edir ki, bu halda övladları normal təhsil ala bilməyəcək.

Valideynlərin sözlərinə görə, oxşar problem bir neçə il öncə də yaşanıb. Lakin məktəb kollektivindən pul yığıldıqdan sonra məsələ həllini tapıb.

Boş otaqlarda şagirdlərini gözləməkdən gözlərinin kökü saralan müəllimlər də hesab edir ki, siniflərin birləşdirilməsi tədrisin keyfiyyətinə mənfi təsir edəcək.

Quba-Xaçmaz Regional Təhsil İadrəsinin Qusar Təhsil Sektorundan isə bildirildi ki, qeyd olunan məktəbdə sagird sayı az olduğu üçün siniflər birləşdirib. Çünki bununla bağlı Nazirlər Kabinetinin qərarı var.

Samir Hümmətov həmçinin valideynlərin səsləndirdiyi rüşvət iddiasına da aydınlıq gətirdi. Bildirdi ki, səsləndirlən arqumentlər əsassızdı.

O ki, qaldı valideynlərin övladlarını məktəbə göndərməkdən imtina etməsinə, Samir Hümmətov bunun düzgün yanaşma olmadığını bildirdi. Həmçinin qeyd etdi ki, məsələdən xəbərsiz olduqları üçün tezliklə araşdırma aparılacaq. İnanırıq ki, yaxın günlərdə görüləcək tədbirlər gələcək nəslimiz olan balaca fidanların xeyrinə doğru hesablanmış addım olacaq. Axı həm də sadəcə icbari yox, keyfiyyətli təhsil millətin gələcəyidir.

 

 

Mənbə:
0
272
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar