• Şikayət et

Şimali Koreyada acınacaqlı vəziyyət - Yoluxma sayı bir milyonu ötdü, 50 nəfər öldü

Şimali Koreya lideri Lider Kim Çen In ordusuna paytaxt Pxenyanda COVID-19 dərmanının paylanmasını stabilləşdirməyi əmr edib.

Ednews xarici mediaya istinadən xəbər verir ki, Kim təcili siyasi büro iclasında dövlət tərəfindən alınan dərmanların insanlara tez və ya dəqiq çatmadığını bildirib.

Prezident çatışmazlıqlar arasında lazımi dərman anbarının olmaması, satıcıların lazımi sanitar geyimlə təchiz olunmaması və ətraflarında gigiyena qaydalarına riayət edilməməsinin olduğunu qeyd edib.

O, kabinet və səhiyyə sektorunun işə "məsuliyyətsiz" münasibətini, təşkilini və icrasını tənqid edib

Kim, Pxenyan şəhərində dərman təchizatını sabitləşdirmək üçün ordunun tibb korpusunun "güclü qüvvələrinin" dərhal yerləşdirilməsini əmr edib.

Cənubi Koreyanını transsərhəd əlaqələrə cavabdeh olan birləşmə nazirliyi peyvənd, maska və test dəstləri də daxil olmaqla tibbi ləvazimatların, habelə texniki əməkdaşlığın təmin edilməsi üçün işçi səviyyəli danışıqlar təklif etdiyini, lakin Şimalın mesajını almadığını deyib.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Suk-yol Şimala COVID-19 peyvəndi və digər tibbi dəstək verməyə hazır olduğunu və xəstəliklə mübarizədə kömək etmək üçün səylərini əsirgəməyəcəyini bildirib.

Məlumata görə, Şimali Koreyada qızdırmadan əziyyət çəkənlərin sayı 1,213,550-yə çatıb, 50 nəfər ölüb.

Mənbə:
0
133
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar